Gürcüstanın Batumi şəhərində iğtişaş baş verib, 20-yə yaxın adam yaralanıb. Onların arasında polislər də var. Etiraz aksiyasına yol hərəkət qaydasını pozan sürücüyə polis cərimə yazarkən onların arasındakı dialoq səbəb olub. Polisin sürücünü nəlayiq sözlərlə təhqir etdiyi iddia olunur. Bu isə vətəndaşlar arasında etiraz doğurub. Yerli media xəbər verir ki, dünən martın 12-də polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edərək, əksəriyyəti gənc olan etirazçıları dağıdıb. Həbs olunanlar var, ancaq sonradan Gürcüstanın daxili işlər naziri Giorgi Mgebrishvilinin göstərişi ilə azad ediliblər. Rustavi-2 televiziyası etirazçıların polis maşınlarını yandırmasını göstərən kadrlar yayımlayıb. Etirazçılar yol polisinin rəisi Malxaz Batiaşvilinin istefasını tələb edirlər, iddia edirlər ki, onun vəzifəyə təyinatından sonra yol hərəkətinin pozulması ilə bağlı cərimələrin məbləği artıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?