Tanınmış təhsil eksperti Etibar Əliyev 2 milyonluq saat qalmaqalına münasibət bildirib.
Gundemxeber.az-ın xəbərinə görə, təhsil eksperti özünün feysbuk səhifəsində yazıb ki, bir çox azərbaycanlı məmur ermənilərin istehsal etdiyi saatlara milyonlarla pul verir: "Saat neçədir! Yox, bağışlayın saat neçəyədir? Azərbaycanlı məmurun oğlunun 2 milyon dollarlıq saatının oğurlanması xəbəri yayıldı. Oğurlanan saatın markası "Richard Mille”dir. Bu saat markasının 2 milyon dollar olması şübhə doğurmur, çünki marka İsveçrə saatlarının reytinq cədvəlində 10-luğa düşür. Bu yaxınlarda Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının milyon dolları ötən saatları nümayiş olunmuşdu. İsveçrədə nüfuzlu saat şirkətlərinin (Patek Phlippe, Vaceron Constantin, Audemar Piguet, Blancpain, Breguet, Bovet, Ulysse Nardin və s.) əsas müştəriləri müsəlmanlardır. Onlar adları seçməkdə də yanılmırlar. Məsələn, Ulysse Nardinin "Genghis Khan- Çingiz xan" kolleksiyasının qiyməti 1 milyon dollara yaxındır. Məsələnin başqa tərəfi də var. 10-luğa düşən saat markalarından biri də Franck Mullerdir. Kampaniyanın baş direktoru əslən erməni olan Vartan Sirmakesdir. Saatın mexanizmlərinin hansısa biri Yerevanda hazırlanır. Bakıda bəlkə də 100-lərlə varlı insan Vartanın saatını taxır. Uzağa getməyək: 2017-ci ildə evi oğurlanmış bir baş həkimin 20 min manatlıq "Franck Muller” qızıl saatını götürülmüşdülər”.
Sorğu
Yeni dizaynımız necədir?