Bir neçə gündür ki, bəzi saytlarda Tale Heydərovla bağlı Böyük Britaniya vətəndaşlığı alması xəbəri yayılmaqdadır.
Yayılan məlumatlarla əlaqədar olaraq "Gilan Holding" İctimaiyyətə rəsmi açıqlama verib. Açıqlamada deyilir: "Son günlər bir neçə xəbər saytlarında yayılan yazılarda cənab Tale Heydərovun Britaniya vətəndaşlığı alması iddia olunur. Məsələ ilə əlaqədar bildiririk ki, yayılan məlumatlar iftira olaraq, həqiqətə uyğun deyildir. Tale Heydərov Azərbaycan Respublikasının vətəndaşlığından çıxmayıb və digər xarici dövlətin vətəndaşlığını qəbul etməyib.
Uzun illərdir ki, Azərbaycanın Britaniya və Avropa ölkələri ilə ictimai, mədəni, işgüzar əlaqələrinin gücləndirilməsi işinə dəstək verən cənab Heydərov, həmçinin ölkənin sosial-iqtisadi inkişafına, cəmiyyətimizin maarifləndirilməsinə töhfə verən bir sıra yerli və beynəlxalq layihələrin təsisçisi və rəhbəridir. Fəaliyyəti ilə əlaqədar olaraq, o, vaxtaşırı işgüzar səfərlərdə olmaqdadır".
Sorğu
Yeni dizaynımız necədir?