Şəkidə baş vermiş bədbəxt hadisəylə bağlı son vəziyyət açıqlanıb.
Gundemxeber.Az ARB Şəki-yə istinadən xəbər verir ki, xəsarət alanların son durumu açıqlanıb.
Xəsarət alan 19 nəfərdən 12-i Azərbaycan vətəndaşı, 2 nəfər Rusiya, 5 nəfər isə Suriya vətəndaşıdır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, İlkin Məmmədov ağır dərəcəli kəllə-beyin travması, sağ ayaqda sınıq, Sara Hasan sağ bud sümüyünün qapalı travması, Farik Hasan sol incik sümüyünün sınığı, Samira Al Hasan sağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu ilə helikopter vasitəsilə paytaxta yola salınıb. Hadisə zamanı bir azərbaycanlı qadının vəziyyəti ağır olduğu üçün helikopterə minməsi məsləhət bilinməyib və müalicəsi Şəki şəhərində davam edəcək.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev hadisə nəticəsində ölüm halının olması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Qeyd edək ki, keçən gün Şəkinin Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Hadisə saat 12 radələrində baş verib. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?