Dünən axşam saatlarında rayonun İbrahim kənd sakini, 1992-ci il təvəllüdlü Türkan Şamil qızı Məmmədova sol döş qəfəsinin qapalı küt travması və yumşaq toxumaların əziyi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan “Report”a bildirilib ki, T.Məmmədova müayinə zamanı əri tərəfindən döyüldüyünü bildirib. Onun müalicəsi xəstəxananın Cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?