Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Gənclər Komitəsinin iyulun 17-də İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməsinə razılıq verməyib.
Bu barədə partiyanın mətbuat katibi Mustafa Hacıbəyli məlumat verib.
Onun sözlərinə görə, gənclər İranla Ermənistanın birgə silah istehsalına etiraz olaraq aksiya keçirmək barədə qərara verib. Lakin BŞİH gənclərə “etirazla bağlı İran səfirliyinə yazılı şəkildə müraciət etməsini” tövsiyə edərək, aksiya üçün razılıq verməyib.
Hacıbəyli qeyd edib ki, Müsavat qurumun razılıq verməməsini sərbəst toplaşmaq hüququnun pozulması kimi qiymətləndirərək imtinanı pisləyir və Azərbaycan hakimiyyərtindən İranla Ermənistanın birgə silah istehsalına münasibət bildirməsini tələb edir.
Müsavat Partiyasının bu bəyanatına rəsmi qurumlar hələ şərh verməyib.
Sorğu
Yeni dizaynımız necədir?