Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov səhhəti yenidən pisləşib.
Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, ötən gecə vəziyyəti ağırlaşdığından kəskin ağrılar səbəbiylə onu yenidən xəstəxanaya yerləşdirmək məcburiyyətində qalıblar. Xatırladaq ki, İ.Həmidov bir müddət öncə də vəziyyəti pisləşdiriyindən əvvəlcə Bakıdakı xəstəxanalardan birində müalicə almış, sonra Türkiyəyə aparılmışdı. İ.Həmidov ürəyindən əməliyyat olunmaq üçün Türkiyəyə aparılmışdı. Lakin həkimlər böyrəklərində və onurğasında yaranmş problem üzündən sabiq nazirin üzərində ürək əməliyyatı aparmağa icazə verməmişdilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?