“Sədərək” ticarət yarmarkasının yaxınlığında yerləşən məşhur “Meyvəli” bazarında kütləvi zəhərlənmə baş verib.
Gundemxeber.Az xəbər verir ki, 4 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Belə ki, səhər təxminən saat 11-ə işləmiş təcili yardım çağırılıb, bazarın bir əməkdaşı zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzə aparılıb. Daha sonra 3 nəfərin vəziyyəti pisləşib, yenidən təcili yardıma müraciət olunub. Həmin şəxslər də Klinik Tibbi Mərkəzə çatdırılıb.
Mənbədən bildiriblər ki, xəstəxanaya yerləşdirilmiş şəxslərin hamısı yumurta yedikdən sonra özlərini pis hiss ediblər.
Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, mədələri yuyulub. Hazırda vəziyyətləri orta-ağırdır, onlar xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.
Sorğu
Yeni dizaynımız necədir?