Gundemxeber.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dəlləkli kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakinləri - 1952-ci il təvəllüdlü Zöhrə Ramiz qızı Hüseynova, 2008-ci il təvəllüdlü Bilal Bayram oğlu Ömərov, 2011-ci il təvəllüdlü Ömər Bayram oğlu Ömərov, 1987-ci il təvəllüdlü Mavigül Mövlud qızı Ömərova və 1988-ci il təvəllüdlü Rəhilə Radixan qızı Ömərova ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Onlara qida zəhərlənməsi və kəskin qastroenterit diaqnozu qoyulub.
Zəhərlənən şəxslər Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib və vəziyyətləri orta-ağırdır.
Qeyd edək ki, Mavigül Ömərova bir neçə il bundan əvvəl Türkiyəyə gəlin köçüb. Bu yay anasının evinə qonaq gəlib və evdə onun gəlişi münasibətilə süfrə açılıb. Ehtimal olunur ki, həmin süfrədə hər hansı qidadan zəhərlənmə baş verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?