"Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin mütəxəssisi olmuş Elçin Musayevin məhkəməsi bitib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə E. Musayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
E.Musayev Yasamal rayonunda – Dövlət Sosial Müdafiə Fondunun yaxınlığında yerləşən torpaq sahəsindəki 9 ağacın köçürülməsi adıyla həmin ərazinin sahibi Ramiz Cabbarlıdan 33 min manat pul alıb qaytarmamaqda, dələduzluq etməkdə təqsirləndirilir.
E.Musayev pulu səlahiyyətli məmurlara rüşvət vermək adıyla alıb. Bununla həm də R.Cabbarlını rüşvət verməyə təhrik edib.
Sərbəst ifadə verən Musayev bildirib ki, pulu özü mənimsəməyib: "Qarşı tərəflə razılaşdırılmış qaydada pulun bir hissəsinə türk işadamı üçün bahalı hədiyyə alınıb, bir hissəsi də Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşına verilib. Kiçik bir qismini də Cabbarlının öz işçisi İlham Süleymanov alıb xərcləyib. İlham Süleymanov qardaşım Dövranın tələbə yoldaşı və dostu olub, Ramiz Cabbarlı da onun müdiridir. Bir gün İlham zəng eləyib dedi ki, müdirinin torpaq sahəsi var. Orada tikinti aparmaq üçün icazəsi də var. Ancaq tikinti sahəsindəki ağaclar orada tikinti aparmağa mane olur. Ona görə də ağacların köçürülməsinə icazə almaq üçün kömək lazımdır. Bir neçə gün sonra Ramiz Cabbarlı ilə görüşüb, ərziyə baxdıq. Həmin vaxt torpaq sahibinə Bakıda bir ağacın köçürülməsinin 2000-2500 manata başa gəldiyini dedim"./bakupost
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?