GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Arvadı evdən gedən kişi gecə yarısı görün nələr etdi - Bakıda ŞOK OLAY

Arvadı evdən gedən kişi gecə yarısı görün nələr etdi - Bakıda ŞOK OLAY

Tarix: 24-07-2019, 15:32 Bölmə :Cəmiyyət Baxış: 497
Arvadı evdən gedən kişi gecə yarısı görün nələr etdi - Bakıda ŞOK OLAY


Bakıda qətl hadisəsi törətməyə cəhd etməkdə təqsirli bilinən Maştağa qəsəbəsi sakini, 1977-ci il təvəllüdlü Elvin Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gundemxeber.az Publika.az-a istinadən xəbər verir ki, Elvin Səlimov 2 iyun 2016-cı il tarixdə ailə münasibətlərinin pozulması zəminində arvadı Səmayə Səlimova uşaqları ilə birlikdə qardaşı Səlim Səmədovun evinə getməsindən sonra, onları evinə qaytarmaq üçün bir neçə dəfə arvadı və qaynına zəng vursa da, sonuncular onun telefon zənglərinə cavab verməyib.

İçki qəbul etdi, silaha əl atdı

O, iyunun 10-da atası Sahibin işdən çıxarılmasına da qaynı Səlim səbəb olduğunu ehtimal edib. Heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Səlimi öldürmək qərarına gəlib.

Elvin Səlimov həmin gün saat 22 radələrində mağazadan spirtli içki alıb və qəbul etdikdən sonra qanunsuz olaraq əldə etdiyi, Maştağa qəsəbəsi, dəmir yolu xəttinin yaxınlığında torpağa basdırdığı 8 ədəd patronu olan tapançanı götürüb.

Gecə yarısı evə girdi

Elvin Səlimov iyunun 10-dan 11-nə keçən gecə, saat 1 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qaynının yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsindəki evə gəlib. O, fərdi yaşayış evinin həyətinə girərək, üzərindəki tapançanı atəşə hazırlıq vəziyyətinə gətirib.

Həmin vaxt həyətdə olan oğlu Samir evdə olan ailə üzvlərinə atasının gəldiyini xəbər verib, sonra arvadı, qaynı və sonuncunun arvadı Lalə evdən həyətə çıxıb.

İçkili olan yeznəsini yola salmaq istədi

Bu zaman Səlim onun içkili vəziyyətdə olduğunu görüb. O, bacısının ərinin qolundan tutaraq gedib yatmasını, ayıq vəziyyətdə olarkən gəlməsini bildirib. Belə vəziyyətdə o, Elvini darvazadan çölə çıxarıb.

Elvin yenidən içəri keçmək istəyib, amma Səlim ona ayıldıqdan sonra gəlməsini məsləhət görüb, eyni zamanda ailə üzvlərinə tərəf çevrilərək onlara içəri keçmələrini tapşırıb.

Atəş açdı, qaynını yaraladı

Bu vaxt Elvin onun telefon zənglərinə cavab verilməməsini, həmçinin atasının işdən çıxarılmasını bəhanə edərək, Səlimin yaxın qohumları arvadı və bacısının gözləri qarşısında öldürmək istəyib.

Bu məqsədlə Elvin özündə olan silahlı qaynı Səlimə tuşlayıb və atəş açıb. Onun açdığı atəş nəticəsində Səlim ağır zərər vurmaya aid olan xəsarətlər alıb. Atəşin təsirindən Səlim arxaya gedərək darvazaya söykənib.

İki dəfə atəş açmağa cəhd etdi, qadın imkan vermədi

Daha sonra Elvin qaynına tərəf daha bir atəş açmaq istəsə də, güllə açılmayıb. O, silahı atəş vəziyyətinə gətirərək təkrar atəş açmaq istəsə də, yenə də güllə açılmayıb.

Həmin vaxt Lalə əli ilə Elvini itələyib, onun hərəkətlərinin qarşısını alaraq aktiv müqavimət göstərib, yenidən atəş açmasına mane olub. Ailə üzvləri Səlimi darvazadan içəri keçirib, qapını arxadan bağlayıblar.

Cinayətkar hadisə yerindən qaçdı, yaralı xəstəxanaya aparıldı

Bundan sonra Elvin yaxalanacağından ehtiyatlanaraq hadisə yerindən uzaqlaşıb. Səlim vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunub.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən Elvin Səlimov ertəsi gün həbs edilib.

İstintaq orqanı tərəfindən Elvin Səlimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmək), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

17 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Səlimovun barəsində 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən narazı qalan Elvin Səlimov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Elvin Səlimovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti qərar elan edib. Qərara görə, Elvin Səlimovun şikayəti təmin olunmayıb.

Cəzadan 1 il çıxıldı

Bu qərardan narazı qalan Elvin Səlimov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Şikayət hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərarı açıqlayıb.

Qərara görə, Elvin Səlimovun hökmdən Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi xaric edilib. Onun cəzası 16 ilə endirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda arvadı evdən gedən kişi görün, nə etdi

    Bakıda arvadı evdən gedən kişi görün, nə etdi ...

    12-12-2016, 20:37

  • 
  • Arvadı ilə internetdə tanış olan oğlana qarşı dəhşətli əməl – TƏFƏRRÜAT

    Arvadı ilə internetdə tanış olan oğlana qarşı ...

    28-06-2018, 14:58

  • 
  • Arvadı evdən gedən kişi özünü asdı!

    Arvadı evdən gedən kişi özünü asdı! ...

    21-06-2018, 23:54

  • 
  • Arvadını zorladı, aldadaraq otağa saldı, sonra başqa kişilərlə... - Azərbaycanda İYRƏNC OLAY

    Arvadını zorladı, aldadaraq otağa saldı, sonra ...

    27-03-2019, 16:18

  • 
  • Keçmiş həyat yoldaşını geri qaytarmaq istəyən kişi qaynının qanını tökdü

    Keçmiş həyat yoldaşını geri qaytarmaq istəyən ...

    11-06-2016, 14:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu