GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Arvadı ilə internetdə tanış olan oğlana qarşı dəhşətli əməl – TƏFƏRRÜAT

Arvadı ilə internetdə tanış olan oğlana qarşı dəhşətli əməl – TƏFƏRRÜAT

Tarix: 28-06-2018, 14:58 Bölmə :Kirminal Baxış: 433
Arvadı ilə internetdə tanış olan oğlana qarşı dəhşətli əməl – TƏFƏRRÜAT


Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1980-ci il təvəllüdlü Rəvan Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qətl hadisəsi Ağdaş rayon mərkəzində, M.Ə.Rəsulzadə küçəsində baş verib. Rayon sakini Rəvan Bağırov ov tüfəngindən açdığı atəşlə həmyerlisi, 1991-ci il təvəllüdlü Kamil İsmayılovu vurub. Kamil İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

Müəyyən edilib ki, Rəvan Bağırov arvadı Röyanın istifadəsində olan “Asus” markalı planşet telefon aparatına baxıb. Orada RöyanınKamal İsmayılovla çəkilmiş şəklini görüb, arvadının ona xəyanət etməsini zənn edib.

Rəvan Bağırov bu məsələni aydınlaşdırmaq üçün Röyadan şəkildəki şəxsin kim olduğunu xəbər alıb. Röya həmin şəxsin “Gülüş” deyə çağırdıqları qohumu Gülruhun sevgilisi olduğunu söyləyib. Röya şəklin kim tərəfindənsə montaj edildiyini deyib. Rəvan isə arvadının dediklərinə inanmayıb.

Rəvan Bağırov 25 may 2015-ci il tarixdə günorta saatlarında istifadəsində olan mobil telefonla Kamal İsmayılovun istifadəsində olan mobil telefona zəng edib, onunla sonuncunun evinin yaxınlığında görüşmək barədə razılaşıb.

Söhbət zamanı Rəvan Bağırov arvadı ilə nə kimi münasibətlərinin olduğunu Kamaldan soruşub, Kamal Röya ilə heç bir münasibətinin olmadığını, onun qohumu Gülüşlə bir-birini sevdiklərini deyib.

Daha sonra Rəvan Bağırov məsələyə aydınlıq gətirmək üçün elə həmin gün Kamalla birlikdə öz idarə etdiyi avtomobillə Şəki şəhərinə qayınatasıgilə gedəib. Oradan həmin vaxt qayınatasıgildə olan arvadı Röyanı və xalası Səidəni də götürüb.

Sonra onlar Gülüşün yaşadığı evə gediblər. Söhbət zamanı Gülüş Kamalın həqiqətən də onun sevgilisi olduğunu desə də, Röya ilə Kamalın şəklini kimin montaj etdiyini izah edə bilməyib.

Rəvan Bağırov arvadı tərəfindən aldadıldığı qənaətinə gələrək, Kamalla birlikdə Ağdaş şəhərinə qayıdıblar.

Qohumlarının da məsələdən xəbər tutmaları onu narahat etdiyindən bu rüsvayçılıqdan xilas olmaqdan ötrü Kamalı öz evinə dəvət edib, arvadı ilə heç bir münasibətinin olmamasını qohumlarının yanında deməsindən ötrü danışmaq qərarına gəlib.

Bu məqsədlə Rəvan Bağırov iyunun 2-də saat 14.24-də Kamal İsmayılova zəng edərək, onu evinə dəvət edib, arvadı Röya ilə heç bir münasibətinin olmamasını qadın qohumlarının yanında deməsini Kamala təklif edib.

Lakin onun bu təklifindən Kamal imtina edib. Həmin gün saat 17 radələrində Rəvan özünə məxsus “Mersedes E 300” markalı avtomobillə Ağdaş şəhərindəki bazarın yanından keçərkən Kamal onu görüb.

Həmin vaxt Kamal yaxınlaşaraq Rəvanın avtomobilinə əyləşib və arvadı ilə münasibətdə olmamasını onun qohumlarının yanında deməyə razı olduğunu bildirib.

Evə gəldikdən təxminən 5 dəqiqə sonra Kamal İsmayılov vədindən imtina edib, heç kimə heç nə deməyəcəyini bildirib.

Həmin vaxt Kamal Rəvan Bağırova “sən kişi deyilsən, bu söhbəti bağlamalısan” deyərək, getmək istəyib. Kamalın bu hərəkətindən əsəbiləşən Rəvan Bağırov qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə Rəvan Bağırov evə daxil olub, əvvəlcədən atasının yatdığı çarpayının altına qoyduğu ov tüfəngini götürərək həyətə çıxıb. Kamal İsmayılov onun əlindəki tüfəngi görüb qapıdan çıxaraq qaçmağa başlayıb.

Rəvan onun arxasınca gedərək təxminən 10-15 metr məsafədən Kamal İsmayılovun kürək nahiyəsini nişan alaraq atəş aşıb. Kamal aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Rəvan Bağırov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan Bağırov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən apelyasiya şikayəti verən Rəvan Bağırov cəzasının yüngülləşdirilməsini istəyib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Rəvan Bağırovun şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan Rəvan Bağırov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə Rəvan Bağırovun kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda kasasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əmisi oğlunu öldürdü, 12 il cəza aldı

    Əmisi oğlunu öldürdü, 12 il cəza aldı ...

    29-09-2016, 16:19

  • 
  • Kürəkənini öldürən qayınata şikayətçi oldu

    Kürəkənini öldürən qayınata şikayətçi oldu ...

    21-02-2015, 12:21

  • 
  • Maştağada qətl törədən məhkəmə qarşısında

    Maştağada qətl törədən məhkəmə qarşısında ...

    18-01-2016, 12:12

  • 
  • Gədəbəydə dəhşətli qətl - Keçmiş arvadının başını kəsdi

    Gədəbəydə dəhşətli qətl - Keçmiş arvadının başını ...

    6-10-2017, 10:30

  • 
  • Ağdaş sakini Bakıda arvadını başqa kişi ilə tutdu... – TÜKÜRPƏDƏN TƏFƏRRÜAT

    Ağdaş sakini Bakıda arvadını başqa kişi ilə ...

    20-07-2017, 15:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu