Rusiya müxalifət lideri Aleksey Navalnı vəkili və həkiminin onun həbsxanada zəhərləndiyinə dair şübhələrini bölüşdüyünü deyib.
30 gün müddətinə həbs cəzası ilə bağlı apellyasiya müraciətinə cavab gözləyən Navalnı üzünün şişməsi və səpkilərlə əlaqədar olaraq xəstəxanada qaldıqdan sonra yenidən həbsxanaya gətirələn zaman xəstəliyi haqda açıqlamalar verib.
“Yəni onlar bu qədər ağılsızdırlar ki, bütün şübhələrin yalnız onlara işarə etdiyi yerdə səni zəhərlənsinlər?”, Navalnı belə sual edib.
Özünün veb səhifəsində yerləşdirdiyi yazıda Rusiya müxalifət lideri “nə yeməyə, nə toza, nə də başqa bir şeyə heç vaxt allergiyası olmadığını” bildirib.
Kremlin kəskin tənqidçisi olan Navalnı sosial mediada üzü şişmiş və bir gözü bağlı fotosunu yerləşdirib.
Navalnının həkimi Anastasiya Vasilyeva onun xəstəxanadan yenidən həbsxanaya qaytarıldığı zaman Navalnının kimyəvi maddə ilə zəhərləndiyi ehtimalının olduğunu deyib.
O, Facebook səhifəsində yazıb ki, Navalnının “hansısa `üçüncü şəxs` vasitəsilə naməlum kimyəvi maddə ilə dərisi və selikli qişasının toksik zədələndiyini istisna edə bilmərik”.
Navalnı xəstəxanaya bazar günü "ciddi allergiya" simptomları ilə aparılıb.
Aleksey Nalvanının vəkili Olqa Mixaylova iyulun 29-da bildirib ki, o, appelyasiya məhkəməsindən “kifayət qədər dəlil olmadığına görə, ya da onun inzibati həbsinin sağlıq durumu ilə əlaqədar olaraq işə xitam verməsini” istəyib.
“O həqiqətən də naməlum kimyəvi maddə ilə zəhərlənib”, o müxbirlərə bildirib.
“Lakin bu kimyəvi maddənin nə olduğu hələ müəyyən edilməyib”-deyə, Olqa Mixaylova əlavə edib.
Rusiya müxalifət lideri iyulun 27-də sanksiyalaşdırılmamış mitinqə çağırdıqdan sonra həbsə məhkum olub. Mitinq zamanı təxminən 1400 nəfər saxlanılıb. Beynəlxalq ictimaiyyət polisin nümayişçilərə qarşı güc tətbiq etməsini zorakı və “qeyri-proporsional” adlandıraraq qınayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?