GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “27 metr dərinlikdəki təyyarəni tapmaq niyə bu qədər çətin oldu?” – “O sirli təlim-məşq uçuşu…”

“27 metr dərinlikdəki təyyarəni tapmaq niyə bu qədər çətin oldu?” – “O sirli təlim-məşq uçuşu…”

Tarix: 2-08-2019, 10:38 Bölmə :Cəmiyyət Baxış: 607
“27 metr dərinlikdəki təyyarəni tapmaq niyə bu qədər çətin oldu?” – “O sirli təlim-məşq uçuşu…”


Qapı açılan kimi koridorda səs eşidən 7 yaşlı Turqut qapıya qaçır. Qapını döyənin atası olduğunu düşünür.

Lakin öncəki bir neçə gündə olduğu kimi bu dəfə də gələnin atası olmadığını görüncə sakit dayanıb üzümüzə baxır.

O bir neçə gündür ki, ailəsinə eyni sual verir – “Atam hanı, niyə gəlmir?” Onun həm də evə girib-çıxanlara nigaran baxışlarla verdiyi bu suala hələlik heç kimin verəcək dəqiq cavabı yoxdur.

İyulun 24-də hərbi təlimlər zamanı yoxa çıxmış Mig-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin evindəyik.

Qohum-qonşu toplaşıb birlikdə itkin düşmüş pilotun yolunu gözləyirlər.

Həyat yoldaşı və anası onun haqqında mediaya danışmaq istəmədiklərini bildiriblər. Onlar ailə üzvlərinə Rəşad haqda danışmağın onun yoxluğu ilə barışmağa bərabər olduğunu deyiblər.

Adi iş günlərindən biri

24 iyul Rəşad Atakişiyev üçün adi iş günlərindən biri olub. Ayın 29-u ezamiyyətə çıxmalı olan pilot həmin günlərdə evdə “ezamiyyət öncəsi çox uçmaq istədiyini” deyib.

Ailə üzvləri deyir ki, o, bunu məzuniyyətdən öncə bir az çox işləyib, yayda məzuniyyətə getməyin “haqqını verməklə” əlaqələndirib.

Pilotun qayınatası Qabil Hüseynli BBC News Azərbaycancaya danışır ki, həmin gün kürəkəninin 4 təlim-məşqi olub.

“Gündüz uçuşları və sonuncu – dördüncü gecə saat 10 radələrinə təsadüf edən o sirli təlim-məşq uçuşu. Üç təyyarənin qatıldığı təlimin sonuna az qalmış Rəşad Atakişiyevin təyyarəsindən cavab ala bilməyən yoldaşları bunu qərargaha xəbər veriblər.

Lakin yanacaqları az olduğu üçün onlar itmiş yoldaşlarının təyyarəsini həmin vaxt axtara bilməyiblər.

Xəbərdarlıqdan sonra yardım gəlsə də, ərazidə axtarış aparılsa da, nə təyyarəni, nə də pilotu gördüm deyən olmayıb.

Suda tapılmış təyyarə
Qabil Hüseynli deyir ki, səhəri gün davam edən axtarışlar zamanı məşq yoldaşlarının verdiyi məlumatlar əsasında 20-25 kilometrlik ərazidə akvatoriya müəyyənləşdirilib və axtarışlar başlayıb.

“Lakin iyulun 29-u axşamadək həmin ərazini şumlasalar da (axtarış zamanı detallı axtarışa şumlama deyirlər), heç bir dəmir cismə rast gəlinməyib. Ancaq həm də deyirlər ki, ilkin baxış zamanı axtarış yerində dənizdən təyyarə quyruğu hissələri və aviasiya yanacağı tapılıb: “Bu da təyyarənin dənizə düşməsi ehtimalını artırıb”.

Qəzanın səbəbləri ilə bağlı ilkin ehtimallar
Rəsmilər qəzanın ilkin səbəbi kimi ailəyə “quşun təyyarənin kabinasına çırpılması nəticəsində təyyarənin suya düşməsi”ni ehtimal etdiklərini deyiblər.

Lakin ailə üzvləri Rəşad Atakişiyevin danışıqlarından xatırlayırlar ki, o həmişə gecə baş verən təyyarə qəzalarında quşların çırpılmasını istisna edib. Qabil Hüseynli deyir ki, kürəkəni hər zaman gecə uçmağın yaxşı olduğunu vurğulayıb: “Deyirdi ki, gecə uçmaq yaxşıdır, çünki gecələr quş uçmur”.

Ailə üzvləri deyirlər ki, onlara deyilən ehtimal səbəblərdən digər ikisi – pilotun səhhətində problemlərin və təyyarənin qəzalı vəziyyətdə olmasıdır.

Rəşad Atakişiyevin son zamanlar səhhətindən və ya ürəyindən şikayətçi olmasını evdə heç kim xatırlamır. Üstəlik, təlim-məşq toplantılarından əvvəl hərbçilərin sağlamlıq vəziyyətinin yoxlandığını da vurğulayırlar

Lakin ailənin cavabsız qalan suallarından biri də odur ki, “özünü pis hiss edən, uzun illər uçuş təcrübəsi olan pilot 4 təlim uçuşu ərzində bu barədə niyə bircə dəfə də olsun məlumat verməyib?”

Təyyarənin nasazlığına gəlincə, Qabil Hüseynli deyir ki, Rəşad Atakişiyev həmişə təyyarə texniklər tərəfindən uçuşa hazırlanarkən azı bir saat əvvəl yoxlama yerinə gedib.

“Hazırlıq prosesində həmişə iştirak edib, təyyarənin vəziyyətini özü yoxlayıb və hər şeyin qaydasında olub-olmamasına özü nəzarət edib. Dəfələrlə olub ki, texniklərdən sonra təyyarədə texniki nasazlığın olduğunu aşkarlayıb.

Rəşad həmişə təyyarəni təhvil alar, hər şeyin qaydasında olduğunu yoxlayıb sonra imza atardı. Ancaq indi biz bilmirik ki, bu dəfə o təyyarəni yenə yoxlayıb təhvil alıb, ya yox”, cənab Hüseynli vurğulayır.

MİG-29-un sistemlərində əvvəl də problem olubmu?
BBC News Azərbaycancanın əldə etdiyi məlumata görə, bir neçə il əvvəl təmas xətti boyunca uçmaq əmri verilmiş bir təyyarədə sistem pozuntusu olduğundan o geri qayıdıb.

2008 və 2010-cu illərdə Azərbaycanın iki hərbi təyyarəsi qəzaya uğrayıb, 2008-ci ildə 2 pilot, 2010-da bir pilot həlak olub.

2008-ci ildə qəzaya uğrayan təyyarə Xəzərin 60 kilometr dərinlikdəki hissəsinə düşüb.

Pilotun qayınanası Məhbubə xanım sual edir: “Onu çox dərinə düşüb tapa bilmirik dedilər, anladıq. Bəs, axi, deyirlər bu təyyarə 27 metr dərinlikdədir. Bunu tapmaq niyə bu qədər çətin oldu?”

Azərbaycan ordusunun 100 illiyində “Ali baş komandanı və bayrağı ona etibar ediblər”
Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Ali baş komandan və paradın bayrağı Rəşad Atakişiyevin təyyarəsində olub.

Qabil Hüseynli də, həyat yoldaşı Məhbubə xanım da bir-birlərinin sözünə qüvvət verərək deyirlər ki, MİG-29-la “göydə performans göstərmək çətindir”.

“Ancaq ordunun 100 illiyində o MİG-29 təyyarəsi ilə çox gözəl çıxış etmişdi. Halbuki bu təyyarələrlə o cür çıxış etmək çox çətindir. Azərbaycanda isə MİG-29-la o hərəkətləri edə bilən iki nəfər var- biri Rəşad, digəri də onun komandiri”, – deyən ailə əlavə edir ki, bunu onlara Rəşad özü söyləyib.

“Rəşad haqqında keçmiş zamanda danışmasınlar”
Məhbubə xanım deyir ki, əvvəlcə onlara deyiblər ki, “Atakişiyevin kaskası tapılıb”. Daha sonra isə deyiblər ki, “nəyinsə qırıqları imiş, kaskaya bənzədiblər”.

Ailə isə hər bir halda ümid edir ki, Rəşad Atakişiyev sağdır və qayıdacaq. Onlar inanırlar ki, o son anda özünü xilas edib.

“Qoçaqdı, Rəşad özünü qorumaq üçün nəsə etməmiş olmaz”, – qayınanası Məhbubə xanım ümidlə deyir.

Çoxlu cavabsız suallarla üz-üzə qaldıqlarını deyən ailə üzvlərinin Rəşad Atakişiyev qayıdanadək, ya da barəsində dəqiq bir xəbər bəlli olanadək bir istəyi var: Rəşad haqqında keçmiş zamanda danışılmasınlar.

Söhbətimizin sonunda Rəşad Atakişiyevin şəklini istəyirik. Qayınanası Məhbubə xanım deyir ki, “ay bala, hərbçinin günü-saatımı var, vaxtımı var şəkil çəkdirməyə, hərbçinin yeni şəkli toydan-toya çəkilir”.

Rəşad Atakişiyev 1984-cü ilin yanvarın 7-də doğulub. O Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb.

İkinci kursda oxuyanda ilk dəfə ixtisaslaşma tətbiq olunur və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olur. Seçilmiş 35 nəfərlə birgə təhsil alır ancaq diplom alan cəmi 5 nəfərdən biri olur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General itkin düşən pilotun ailəsinə baş çəkib

    General itkin düşən pilotun ailəsinə baş çəkib ...

    26-07-2019, 16:16

  • 
  • Xəzərdə qəzaya uğrayan təyyarə pilotunun qohumu: "Hələ də inana bilmirəm..."

    Xəzərdə qəzaya uğrayan təyyarə pilotunun qohumu: ...

    25-07-2019, 14:26

  • 
  • Vurulan təyyarənin sağ qalan pilotunun 500 metr piyada getdiyi bildirilir

    Vurulan təyyarənin sağ qalan pilotunun 500 metr ...

    6-03-2017, 00:18

  • 
  • Qəzaya uğrayan hərbi təyyarəmizin axtarışlarına xarici mütəxəssislər cəlb olundu - FOTO

    Qəzaya uğrayan hərbi təyyarəmizin axtarışlarına ...

    30-07-2019, 17:15

  • 
  • Ekspert: Hərbi təyyarənin `qara qutusu` tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir

    Ekspert: Hərbi təyyarənin qara qutusu tədqiq ...

    27-07-2019, 15:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu