GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Paytaxtda 2 nəfəri öldürən Sirus Qoçqanınin cərrah olmadığı üzə çıxdı

Paytaxtda 2 nəfəri öldürən Sirus Qoçqanınin cərrah olmadığı üzə çıxdı

Tarix: 7-08-2019, 12:54 Bölmə :Cəmiyyət Baxış: 691
Paytaxtda 2 nəfəri öldürən Sirus Qoçqanınin cərrah olmadığı üzə çıxdı


Həkimlə modelin ölümünə səbəb olan əməliyyatların yeni və ilginc təfərrüatları var…

Azərbaycanda özünü plastik-estetik cərrah kimi təqdim edən, artıq 2 pasiyentinin əlində öldüyü Sirus Qoçqani əslində cərrah deyilmiş! Bununla belə, Sirus Qoçqani ölkəmizdə liposaksiya (piy sovurma) kimi ağır, riskli əməliyyatları gerçəkləşdirir.

Bu ilin mayında onun bıçağı altında, əməliyyat masasında Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişib. “Baku Medikal Plaza”da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını suçlulandırıblar. Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altında dünyadan köçən ilk pasiyent deyil. Bundan əvvəl, 2017-ci ilin iyununda Sirus Qoçqaninin liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdi.

O dövrdə Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqani mərhumun yaxınlarından uzaq gəzməyə çalışırdı. Mərhum modelin yaxınlarına xəbər yollamışdı ki, guya əməliyyatdan sonra psixologiyası pozulub.

22 yaşlı modelin anası Sevinc Oruclu qızının vəfatından sonra xəstəxanın anestezioloqunun və icraçı direktorunun onları ziyarət etdiyini, ancaq əməliyyatı həyata keçirən Sirus Qoçqaninin ortalıqda olmadığını açıqlamışdı.

Onun sözlərindən sitat: “Mən onlara əməliyyatı həyata keçirən həkimin harada olduğunu soruşdum. Mənə dedilər ki, guya onun psixologiyası pozulub. O gündən sonra heç bir əməliyyata girməyib. Gedib hansısa bir rayonda ağacın altında oturub və orada da gizlənib”.

Modelin anası qızının əməliyyata götürülməsinə əks göstərişlərin olduğunu, lakin Sirus Qoçqaninin buna baxmayaraq əməliyyatı gerçəkləşdirdiyini də axar.az-ın müxbirinə demişdi.

Sitat: “Həmin gün saat 6-da əməliyyatdan çıxıb. Qızımı sonra palataya köçürüblər. Palatada Leyla kimi əməliyyatdan çıxan qızlar olub. Onlar da deyirlər ki, Leyla palataya daxil olan kimi onun vəziyyətinin ağır olduğu üzündən görünürdü. Həkimlər 5 dəqiqə sonra Leylanı reanimasiyaya aparıblar. Həmin gün biz gec xəbər tutduq. Reanimasiyaya gəldiyimiz zaman qızımın ölü kimi yatdığını gördüm. Ayın 25-də onu xəstəxanadan götürmüşük. Bədəninin aşağı hissəsi tamamilə hərəkətsiz idi. İlk dəfə yanına girən kimi ”Qızım, məni eşidirsən?” deyə səsləndim. Yalnız qaşlarını tərpədə bildi. 25 iyun saat 11-12 radələrində də dünyasını dəyişdi. Bilirsiz, Leyla çox qorxaq bir insan idi. O elə bilib ki, bu əməliyyat dırnaq qaynağı kimi bir şeydir. Hətta rəfiqəsinə də mesaj yazıb ki, əməliyyatdan sonra görüşüb bulvara gedərik. Filmə baxıb evə dönərik. Düşünüb ki, gəlib yorğun olacağını deyib keçib otağında yatacaq. Ona əgər bu əməliyyatın 1 faiz belə ölüm riski olduğunu desəydilər, heç vaxt əməliyyat olunmazdı. Həm də o, Mübariz həkimin yanında olub. Mən qanla bağlı elan verəndə Mübariz həkim məni yığdı və “axı o qıza əməliyyat olmaz demişdim” dedi. Leylanın 50 kq çəkisi var idi. Mübariz həkim də onun heç bir əməliyyata ehtiyacı olmadığını, sadəcə, psixoloji olaraq başa salınmalı olduğunu dedi. Bu klinika da Mübariz həkimin analizləri ilə əməliyyatı edib. Ancaq analizlərdən də görünür ki, bu adamı əməliyyat etmək olmaz”.

Sirus Qoçqani Leyla Oruclunun əməliyyata götürülməsinə əks göstərişlərin olduğunu bilə-bilə onu əməliyyata götürüb. Model əməliyyatdan sonra dünyasını dəyişib. 2 il sonra, yəni 2019-cu ilin mayında Sirus Qoçqani daha bir əks göstərişli pasiyenti olan Sona Gürgün Vəliyevanı da əməliyyata götürüb və nəticə fərqli olmayıb. Bu, Sirus Qoçqani adlı birinin 2 Azərbaycan vətəndaşını öldürməsi haqda faktlardır. Üstəlik, İranın Azərbaycandakı səfirliyi model Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqaninin cərrah olmadığı haqda açıqlama da verib.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev model Leyla Oruclunu əməliyyata götürən Sirus Qoçqani ilə bağlı İran səfirliyi ilə əlaqə saxlanıldığını açıqlamışdı. Demişdi ki, İran səfirliyindən verilən məlumatda bildirilib ki, həmin həkim cərrah ixtisasına sahib deyil. Azərbaycanda isə bu həkim cərrahiyyə əməliyyatlarını həyata keçirir.

F.Mehdiyev əcnəbi həkimlərin ölkədə fəaliyyət göstərməsi üçün aidiyyəti qurumlardan icazə alınmalı olduğunu vurğulayıb: “Doğrudur, Sirus Qoçqani icazəli şəkildə ölkədə fəaliyyət göstərsə də, bəzi 1 həftəlik, 10 günlük fəaliyyət üçün ölkəyə gələn həkimlərin çoxu üçün bu icazə alınmır. Bu həkimlərin məsuliyyət daşıması hüquqi əsaslarla tənzimlənir. Bu həkimlər yerli həkimlərlə eyni məsuliyyəti daşıyır. Bu, həm cinayət, həm də mülki məsuliyyətdir. Həkimləri dəvət edən tibb müəssisələri də müvafiq sənədləri yoxlamadan əcnəbi həkimləri işə götürürsə, onda həmin müəssisənin də məsuliyyəti ağırlaşır”.

Hüquqşünas bildirib ki, həkimlər fəaliyyətində yol verdiyi qüsurlara görə cinayət məsuliyyətindən daha çox mülki məsuliyyətə cəlb olunmalıdır: “Çünki bu qəsdli cinayət sayılmır. Ona görə elə həkimlərə tətbiq edilən sanksiyalar aşağıdakılar olmalıdır:

- Lisenziyası müəyyən müddətdə dayandırılmalıdır;

- Təkrar imtahan vermək üçün oxumağa göndərilməlidir;

- Zərərçəkmiş şəxsə, yaxud onun ailəsinə kompensasiya ödəməlidir.

Təəssüflər olsun ki, Azərbaycanda həkimlər zərərçəkmişə ödəməli olduğu pulu rüşvət formasında verərək, məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Bu sahədə hüquq-mühafizə xidmətləri, məhkəmələr davamlı surətdə işləməlidir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Baku Medikal Plaza”dakı ölüm işinin sensasion təfərrüatları - onun çalışdığı klinikaya qarşı da iddia qaldırıla bilər, əgər...

    “Baku Medikal Plaza”dakı ölüm işinin sensasion ...

    2-08-2019, 12:43

  • 
  • Model qızın ölümündə günahlandırılan həkim haqqında ilginc faktlar

    Model qızın ölümündə günahlandırılan həkim ...

    26-06-2017, 13:19

  • 
  • “BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT – Bu dəfə tanınmış həkim can verdi!

    “BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT – Bu dəfə tanınmış ...

    29-05-2019, 10:21

  • 
  • Dünyasını dəyişən modelin ürəkparçalayan paylaşımı: "Ruhum hər zaman səninlədir"

    Dünyasını dəyişən modelin ürəkparçalayan ...

    27-06-2017, 16:58

  • 
  • Əməliyyatdan sonra ölən 22 yaşlı modelin həkiminin həbs xəbəri yalan çıxdı: "Həkim azadlıqdadı"

    Əməliyyatdan sonra ölən 22 yaşlı modelin ...

    4-10-2017, 13:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
roleta
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu