GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycandan Türkiyəyə qadın “ixrac edən” şirkətlər - “Nə istəsəniz var...”

Azərbaycandan Türkiyəyə qadın “ixrac edən” şirkətlər - “Nə istəsəniz var...”

Tarix: 11-08-2019, 20:44 Bölmə :Cəmiyyət Baxış: 835
Azərbaycandan Türkiyəyə qadın “ixrac edən” şirkətlər - “Nə istəsəniz var...”


Türkiyə KİV-ləri az qala hər gün ölkənin bu və ya digər vilayətində polisin fahişəliklə məşğul olan qadınlara qarşı keçirdiyi əməliyyatlar barədə xəbərlər yayır. Və bu xəbərlərdə hər dəfə Azərbaycandan olan qadınların da adları keçir. Elə iki gün əvvəl polis əvvəlcə imkanlı qocalara ərə gedib Türkiyədən oturum alan, daha sonra boşanıb fahişəlik edən 14 azərbaycanlı qadının, onları “bazarlayan” 3 türkiyəlinin saxlanılması barədə xəbərlər yayılmışdı.

Ötən il ərzində Azərbaycanda 144 insan alveri cinayəti qeydə alınıb. İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2018-ci il üçün açıqladığı hesabata görə, bununla bağlı 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, 51 nəfər barəsində axtarış elan olunub, təqsirləndirilənlərdən 34-ü tutulub.

Bunlar insan alveri qurbanları ilə bağlı bir il üçün olan rəsmi rəqəmlərdir. Heç kim inkar etmir ki, əslində statistika rəsmi rəqəmlərdən dəfələrlə böyükdür. Bəs azərbaycanlı qadınları insan alverinin qurbanına çevirən nədir? Kimlərin qurban olma ehtimalı daha yüksəkdir?

Əsas marşrutlar: Türkiyə və Birləşmiş Ərəb Əmirliyi

İnsan alverini silah alverindən sonra ən çox gəlirli sahə adlandırırlar. Qurbanlar arasında uşaqlar və kişilərə də rast gəlinsə də, əsas zərərçəkmişlər qadınlardır. Araşdırmalar nəticəsində məlum olur ki, Azərbaycanda bu sahədə əsas marşrutlar Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinədir. Amma bu klassik yoldur, bundan əlavə, insan alveri qurbanlarının Hindistan, İran, Suriya, İraq və digər ölkələrə də aparılması hallarına rast gəlinir. Bundan başqa, Azərbaycan Moldovadan, Özbəkistandan, Qazaxıstandan Türkiyəyə fahişəliyə aparılan qadınlar üçün həm də tranzit ölkə rolu oynayır.

Seksual istismara, qul kimi işlədilməyə məruz qalan azərbaycanlı qadınlar daha çox yay aylarında – Türkiyənin dəniz sahili turizm bölgələrində - Trabzon, Antalya, Bodrum və həmçinin, İstanbul və Ankaraya aparılaraq əxlaqsızlığa vadar edilir. Bunlar daha çox maddi vəziyyəti aşağı olan, evsiz, köməksiz qadınlar, bəzi hallarda isə internatda böyümüş gənc qızlardır. Onları daha çox yüksək məvacib təklif edən iş elanları ilə cəlb edirlər.

İnternetdə kiçik bir araşdırma aparsaq, heç bir ali təhsil və ya dil biliyi tələb olunmadan Türkiyədə yüksək məvacibli iş təklif edən xeyli sayda elana rast gələrik. Daha çox Antalya, Bodrum, İstanbul və digər şəhərlərdə iş təklif edən bu şirkətlərdə tələblər nə qədər zəif olsa da, məvacib kifayət qədər yüksəkdir – min manatdan , üç min manata qədər.

“Nəinki ali, orta təhsiliniz də yoxdursa olar...”

Belə şirkətlərdən birinə zəng edib şərtlərlə maraqlanırıq. Operator xanım cır səslə izah edir ki, bu qədər maaşı bizə demək olar ki, heç bir ali təhsil haqqında sənəd və ya dil biliyi olmadan verəcəklər:

“Əlbəttə sizin ali təhsiliniz varsa, bu daha yaxşıdır, daha çox maaş alma imkanınız var. Çünki məvaciblər bundan asılı olaraq arta bilər. Amma yoxdursa da, problem deyil. Bizdə nəinki ali, orta məktəbi bitirmək də şərt deyil. Amma bilməlisiniz ki, təyyarə bileti və “oturum izni” üçün ödəniş sizlikdir”, -dəstəyi götürən Kəmalə adlı xanım bildirir.

Həmsöhbətimizi hürkütmədən son vaxtlar iş adı ilə fahişəliyə cəlb edən firmaların yayılmasından bir qədər narahat olduğumuzu bildiririk və bu şirkətin nə qədər etibarlı olub-olmadığını soruşuruq. Həmsöhbətimiz izah edir ki, onların şirkəti rəsmi şirkətdir və xaricə göndərəcəyi işçi ilə müqavilə bağlayır:

“Bizim ofisimizə yaxınlaşın, sizə daha ətraflı məlumat verək. Bizə müraciət edənlər çoxdur və demək olar ki, hər gün Türkiyəyə işçi göndəririk. Bunu gəlsəniz öz gözlərinizlə görə bilərsiniz. Müqaviləyə görə isə cəmi 30 manat zəhmət haqqı alırıq. Bundan əlavə 1500 manat oturum izni üçün köçürməlisiniz. Biz sizi qalmağa yerlə təmin edirik. Heç narahatlığa əsas yoxdur”.

“İndi Türkiyəyə ancaq qadınları göndəririk...”

Digər şirkətdən – “AHB İş Mərkəzi”ndən də eyni şərtləri eşidirik. Hər iki işə düzəltmə şirkətində bizə yalnız qadınları işə götürdüklərini deyirlər: “Kişilərlə bağlı vakansiyalarımız hazırda yoxdur. İndi Türkiyəyə ancaq qadınları göndəririk. Orada nə iş istəsəniz var – uşaq baxıcısı, oteldə xadimə, masajçı və sair, seçim sizin özünüzdən asılıdır”, - şirkətin əməkdaşı deyir.

Sosial şəbəkələrdə də xeyli sayda belə iş elanları yayan şirkətlərə rast gəlirik. Cəmi bir-iki işçisi olan belə şirkətləri elə sosial şəbəkə elanlarının altında yazılan şərhlər ifşa edir. Məsələn, “Facebook”da azərbaycanlı qadınlara Türkiyədə ər tapan səhifələrin birində hər paylaşıma yüzlərlə şərh yazılır. Tanışlıq üçün öz mobil nömrələrini yerləşdirən türk kişilərin çoxu ciddi niyyətdə olduğunu, evlənmək üçün də məhz azərbaycanlı qadın axtardığını yazsa da, bəziləri niyyətlərini açıq şəkildə yazaraq əylənmək üçün qız axtardıqlarını deyirlər. İnstagram sosial şəbəkəsində də xeyli belə səhifəyə rast gəlirik. Əksəriyyəti bir neçə il əvvəl açıldığından orada yerləşdirilən telefon nömrələrinə zəng çatmır.

“Borc verib özlərindən asılı hala salırlar…”

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov açıqlamasında bildirir ki, insan alveri qurbanları ən çox klassik yolla - xaricdə iş vədi verməklə, iş təklifi etməklə məşğul olan xüsusi qruplaşmalar tərəfindən aldadılırlar. Amma bu tək üsul deyil, digər üsullar da var.

“Müəyyən qruplaşmalar var ki, onlar sosial şəbəkələr vasitəsilə müəyyən məlumatlar paylaşmaqla potensial qurbanlar axtarırlar. Bu klassik üsuldur və bu üsulun zaman-zaman müxtəlif formaları ortaya çıxa bilər. Amma hamısısnın kökündə bu məsələ durur. Daha çox xanımlara xaricdə iş təklif olunur. Hədəf işsiz, natamam ailələrdən olan zümrələrdir. Sosial şəbələkər belə qruplar üçün daha əlverişlidir. Digər tərəfdən də, bu üsulun özündə də yeniliklər tətbiq olunur. Həmin qruplaşmalar yalançı, uydurulmuş tarixçələrdən istifadə edirlər: guya kimsə getdi, iş tapdı, indi həyatı da gözəldir. Hətta yalançı şəkillər də paylaşılır. Bunlar saxtadır və əsasən “fake” profillər vasitəsilə tirajlanır”.

A.Allahverənov deyir ki, bəzi hallarda isə xaricdə yaşayan şəxslər müəyyən məsləhətlər almaq və ya işə düzəlmək üçün belə şirkətlərə yaxınlaşır və həmin qruplaşmanın üzvləri tərəfindən tora salınır: “Bəzən onlara borc verirlər və nəticədə özlərindən asılı hala salırlar. Bəzən sənədlərini alıb qaçaq yollarla, qeyri-qanuni üsullarla xaricə miqrasiyaya kömək edirlər. Bu halda da onlar həmin qruplaşmanın təsiri altına düşürlər. Bəzən də olur ki, şəxslərlə müqavilə bağlayan, möhürü olan şirkəti araşdıranda məlum olur ki, əslində heç müvafiq dövlət orqanlarında qeydiyyatdan keçməyib”.

Amma bu o demək deyil ki, bütün xaricdə iş elanlarının hamısı təhlükəlidir. A. Allahverənov deyir ki, bir çox hallarda həqiqətən xaricdə iş təklif edən şirkətlərə də rast gəlinir. Belə hallardan qaçmaq üçün isə bütün sadalanan məsələlərin hamısını hüquq müstəvisində həll etməyə çalışmaq lazımdır. Çünki qeyri-qanuni yollarla miqrasiya etməyə çalışanlar əsas potensial qurbanlardır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 23 insan alverçisi hələ də azadlıqdadır

    23 insan alverçisi hələ də azadlıqdadır ...

    21-05-2018, 10:03

  • 
  • Qadınları otellərə yerləşdirdi, sənədlərini cırdı, sonra... – Alverçi Xanımın qəddar əməlləri

    Qadınları otellərə yerləşdirdi, sənədlərini ...

    10-10-2018, 13:21

  • 
  • İnsan alveri edən 33 azərbaycanlı qadın

    İnsan alveri edən 33 azərbaycanlı qadın ...

    16-08-2017, 15:18

  • 
  • 9 ayda 97 qadın, 5 kişi satılıb - Azərbaycanda

    9 ayda 97 qadın, 5 kişi satılıb - Azərbaycanda ...

    23-10-2014, 12:22

  • 
  • Azərbaycanlı qadını fahişəliyə cəlb edən Vilayətin – Şok əməlləri

    Azərbaycanlı qadını fahişəliyə cəlb edən ...

    15-11-2018, 16:04


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu