GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 2 nəfərin ölümünə səbəb olan “cərrah”la bağlı yeni gəlişmə - plastik əməliyyatları davam etdirir; həyatını itirənin vəkili təhdid olunur...

2 nəfərin ölümünə səbəb olan “cərrah”la bağlı yeni gəlişmə - plastik əməliyyatları davam etdirir; həyatını itirənin vəkili təhdid olunur...

Tarix: 15-08-2019, 16:40 Bölmə :Cəmiyyət Baxış: 674
2 nəfərin ölümünə səbəb olan “cərrah”la bağlı yeni gəlişmə - plastik əməliyyatları davam etdirir; həyatını itirənin vəkili təhdid olunur...


Azərbaycanda 2 pasiyenti cərrahiyyə masasında dünyasını dəyişən Sirus Qoçqani ilə bağlı maraqlı gəlişmə var. Onun köməkçisi və həyat yoldaşı ictimai vəkil Samir Zeynalova hədə mesajları yollayır, özü isə sertifikasiya şəhadətnaməsi ilə bağlı sualları cavablandırmaqdan yayınır.

Bu ilin mayında Sirus Qoçqaninin bıçağı altında, əməliyyat masasında Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişib. “Baku Medikal Plaza”da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını suçlulandırıblar. Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altında dünyadan köçən ilk pasiyent deyil. Bundan əvvəl, 2017-ci ilin iyununda Sirus Qoçqaninin liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdi.

Sona Gürgün Vəliyevanın ailəsinin nümayəndəsi olan Samir Zeynalov deyir ki, hər iki ölümlə nəticələnən əməliyyatdan əvvəl əməliyyatların keçirilməsinə əks göstəriş olub. Üstəlik, pasiyentləri əməliyyatın təhlükəsizliyinə inandırmaq üçün Sirus Qoçqaninin köməkçisi videolar da paylaşır. Həmin videolardan birini də ictimai vəkil redaksiyamıza təqdim edib. Bundan başqa, Samir Zeynalov Sirus Qoçqaniyə sosial şəbəkələr üzərindən ünvanlanan ittihamlarla bağlı məlumatları da redaksiyamızla bölüşüb. Həmin məlumatları da oxucularımıza tədqim edirik.

2 nəfərin ölümünə səbəb olan “cərrah”la bağlı yeni gəlişmə - plastik əməliyyatları davam etdirir; həyatını itirənin vəkili təhdid olunur...


İctimai vəkil deyir ki, Sirus Qoçqaninin özü haqda açıqladığı məlumatlar şübhəlidir: “Təhsili, harada çalışması ilə bağlı qeydləri var. Yazır ki, İranda bir klinikada çalışıb - Kuhenur. Araşdırdım, elə bir klinika yoxdur. Digər tərəfdən qeyd edib ki, bir ilin ərzində həm Bakıda, həm də İranda çalışıb. Bu necə olub? O da bilinmir”.

Samir Zeynalov Sona Veliyeva Gürgünün əməliyyatından əvvəl əks göstərişlərin olmasını xüsusi olaraq diqqətə çatdırıb. Sitat: “Sona Veliyeva Gürgün 08.12.2018-ci il tarixdə və eləcə də əməliyyatdan bir müddət öncə ”Baku Medical Plaza"da ürəyin “Sutkalıq Holter EKQ” müayinəsindən keçib. 08.12.2018-ci il tarixdə ürəyin kardioloji müayinəsinə əsasən Sona Veliyeva Gürgündə “19 Sinus taxikardiya epizodu, eləcə də 99 bradikardiya epizodu” qeydə alınıb. Bu kardio-patoloji faktlar isə Sona Veliyeva Gürgündə aritmiya xəstəliyinin olmasını təsdiq edir. Aritmiya - normal ürək ritminin müntəzəmliyi və ya tezliyinin, həmçinin ürəyin elektrik keçiriciliyinin istənilən pozulmasıdır... Göründüyü kimi, əməliyyat üçün kifayət qədər əks göstərişlərin mövcud olmasına baxmayaraq, “Baku Medical Plaza”nın “həkimi” Sirus Qoçqani mərhumə Sona Veliyeva Gürgünü həyatı ilə risk edərək nəticədə onun dünyasının dəyişməsinə baiskar olub".

Samir Zeynalov deyir ki, “Əhalinin Sağlamlığının Qorunması Haqda” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə görə, hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir: “Həmin qanunun 59-cu maddəsinə əsasən, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar”.

Yada salaq ki, Qoçqani ölkəmizdə liposaksiya (piy sovurma) kimi ağır, riskli əməliyyatları gerçəkləşdirməkdə davam edir. Üstəlik, İranın Azərbaycandakı səfirliyi model Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqaninin cərrah olmadığı haqda açıqlama da verib. Amma bu, Sirus Qoçqaninin Azərbaycanda cərrahlıq praktikasına son qoyulması ilə nəticələnməyib. Onun əlinə aldığı cərrah bıçağı altında isə Azərbaycan vətəndaşları can verməkdədirlər.//“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda 2 nəfəri öldürən Sirus Qoçqanınin cərrah olmadığı üzə çıxdı

    Paytaxtda 2 nəfəri öldürən Sirus Qoçqanınin ...

    7-08-2019, 12:54

  • 
  • “Baku Medikal Plaza”dakı ölüm işinin sensasion təfərrüatları - onun çalışdığı klinikaya qarşı da iddia qaldırıla bilər, əgər...

    “Baku Medikal Plaza”dakı ölüm işinin sensasion ...

    2-08-2019, 12:43

  • 
  • “BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT – Bu dəfə tanınmış həkim can verdi!

    “BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT – Bu dəfə tanınmış ...

    29-05-2019, 10:21

  • 
  • Model qızın ölümündə günahlandırılan həkim haqqında ilginc faktlar

    Model qızın ölümündə günahlandırılan həkim ...

    26-06-2017, 13:19

  • 
  • Dünyasını dəyişən modelin ürəkparçalayan paylaşımı: "Ruhum hər zaman səninlədir"

    Dünyasını dəyişən modelin ürəkparçalayan ...

    27-06-2017, 16:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu