GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Kreml emissarının kritik İrəvan səfəri, Bakının ABŞ üçün artan önəmi

Kreml emissarının kritik İrəvan səfəri, Bakının ABŞ üçün artan önəmi

Tarix: 16-08-2019, 13:00 Bölmə :Cəmiyyət Baxış: 485
Kreml emissarının kritik İrəvan səfəri, Bakının ABŞ üçün artan önəmi


Patruşev getdi, suallar qaldı - mühüm gəlişmə; Putinin Ermənistan səfəri öncəsi Paşinyan ABŞ-a niyə gedir, Moskva Ermənistan hökumətində “təmizlənmə”yə nail ola biləcəkmi?...

Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 22-də ABŞ-a səfərə gedəcək. Bundan cəmi 10-15 gün sonra - oktyabrın əvvəllərində Rusiya prezidenti Vladimir Putin Ermənistana gələcək (Türkiyə lideri R.T. Ərdoğan isə oktyabrda Bakıda olacaq). Görünür, hələ də “iki stul” siyasətinə ümidli olan Paşinyan Putinlə görüşdən öncə Amerikaya baş çəkmək zərurəti duyub, bir daha Moskva qarşısında özünü “qərbçi” kimi göstərmək ehtiyacı hiss edib - təbii ki, Rusiyadan əlavə nəsə qopartmaq naminə.

Ermənistandakı “məxməri inqilab”dan sonra İrəvana ilk dəfə səfər edəcək Putinin orada nələri müzakirə edəcəyi, hansı bəyanatlar verəcəyi, təbii ki, Azərbaycan üçün xüsusi önəm kəsb edir. Çünki Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir, işğalçı ölkədir, Rusiya isə onun 1 nömrəli hərbi-siyasi müttəfiqi, eyni zamanda ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri, Ermənistan isə Kremlin bölgədəki yeganə legitim forpostudur.

Böyük ehtimalla, İrəvanda tərəflər arasında təbii qazın qiyməti ilə bağlı da müzakirə olacaq. Paşinyan hökuməti üçün bu məsələ indi olduqca mühüm önəm daşıyır, oktyabr isə qışın astanası hesab olunur. İstisna deyil ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev məhz Putinin tapşırığı əsasında bu günlərdə İrəvana baş çəkib və hədəf həm də səfər öncəsi Ermənistanda, bölgədə situasiyanı dəqiqləşdirmək olub.

*****

Gerçək belədir ki, Moskva hələ də Nikol Paşinyan və komandasına ürək qızdırmır. Hərçənd erməni baş nazir inam-etimadın yaranması üçün ilk baxışda hər şeyi edir; verdiyi vədlərə rəğmən, Rusiyanı qəzəbləndirəcək heç bir addım atmır, əksinə, tənqid elədiyi sələflərindən, Qarabağ klanından da çox Rusiyaya yaxınlaşma kursu aparır, hətta Rusiyanın istəyi ilə Suriyaya humanitar missiya göndərir - hansı ki, ABŞ-ın sərt reaksiyasına səbəb olmuşdu.

“İrəvan-Moskva münasibətlərində bəzi qaranlıqlar qalır - baxmayaraq ki, Ermənistan rəhbərliyi nümayişkaranə şəkildə Kremlə bir sıra jestlər edib, Suriyaya humanitar missiya göndərib, Gürcüstandakı NATO təlimlərindən imtina edib, ”Avrasiyayönlü" bəyanatlar verib və s".

“Yeni Müsavat”ın məlumatına görə, bunu erməni siyasi texnoloq Armen Bədalyan Patruşevin İrəvan səfəri və Ermənistan-Rusiya münasibətlərini “Sputnik”ə şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistanda son hakimiyyət dəyişikliyi inqilab nəticəsində baş verib ki, Rusiya da inqilablara ehtiyatlı yanaşır.

“Moskvada, şübhəsiz ki, Ermənistanda yaşananları ”rəngli inqilab" hesab eləmirlər. Ancaq bununla belə, müəyyən sıxıntı qalır. Üstəlik, rəsmi İrəvanın uzunmüddətli inkişaf strategiyasını, uzunmüddətli vektoru təqdim eləməyə hazır və ya həvəsli olmaması da belə bir anlaşılmazlığı yaradır. İstənilən halda baş nazir Nikol Paşinyan əlindən gələni edir ki, Rusiyanın etimad və dəstəyini qazansın", - deyə o söyləyib.

Bədəlyanın nəzərincə, Ermənistanın hazırkı hakimiyyəti sələflərindən də güclü Rusiyayönlü kurs həyata keçirir. Erməni şərhçi istisna etmir ki, zamanı gəlincə Ermənistan hökuməti Rusiya rəhbərliyi üçün daha proqnoza yatımlı olacaq. “Xüsusən də o halda ki, Paşinyan keçmişdə anti-Rusiya mövqeyi ilə tanınmış bəzi kadrları həlledici postlardan uzaqlaşdırarsa”, - deyə o əlavə edib.

*****

Mümkündür ki, Nikolay Patruşevin təzəcə başa çatan İrəvan səfərində bağlı qapılar arxasında bu məsələyə də toxunulub. Bütün hallarda müşahidələr göstərir ki, Moskva “qərbyönlü” Paşinyan hökumətini öz orbitində saxlamaq üçün hər şeyi edəcək. Lazım gəlsə, qış öncəsi qaz şantajına da gedəcək.

Əslində Paşinyanın özü də Rusiyadan uzaqlaşmaq tövrü nümayiş etdirmir, nədə ki, Qərb - ABŞ və Avropa Birliyi iki ildir israr edir və yalnız o halda Ermənistana maddi dəstək vəd edir.

Diqqətçəkəndir ki, bu fonda Qərbin, ABŞ-ın Azərbaycana maraq və simpatiyası artmaqdadır. Son illər Vaşinqtonun İrəvana və separatçı rejimə yardımları kəskin azaltması, Bakıya isə artırması, iki Ermənistan şirkətinin ABŞ-ın “qara siyahı”ya salınması qənaətimizi gücləndirir.

Bu da təbiidir. Rəsmi Bakı hər halda uğurlu şəkildə balans siyasətinə üstünlük verir, ən əsası, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın satelliti, “süni peyk”i deyil. Üstəgəl, ölkəmizin əlverişli coğrafi mövqeyi, Qərblə Şərq arasında unikal körpü olması reallığı var. Bundan əlavə, ölkəmiz Avropa üçün təkcə mühüm neft-qaz tədarükçüsü deyil, həm də Orta Asiya ölkələri üçün “Avropaya pəncərə”dir.

Başqa mühüm gəlişmə və yeni reallıqlar da var. Məsələn, ABŞ-ın ağır sanksiyalarının təsiri altında olan İrana görə də Azərbaycanın Qərb üçün, özəlliklə Vaşinqtondan ötrü müstəqil ölkə qismində önəmi artmaqdadır. Elə İranın özü üçün də. Balanslı siyasət bu önəmi artırır ki, azaltmır. Bu xüsusda Ermənistan qat-qat qəliz durumdadır və çətin ki, Paşinyanın ABŞ səfəri bu reallığı dəyişə bilsin...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Ermənistana səfər edəcək

    Putin Ermənistana səfər edəcək ...

    13-09-2018, 11:47

  • 
  • Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...”

    Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...” ...

    26-07-2018, 14:20

  • 
  • Paşinyan yenə Rusiyaya səfər edəcək

    Paşinyan yenə Rusiyaya səfər edəcək ...

    24-07-2018, 22:54

  • 
  • Paşinyan tezlikdə "iki stul"dan birini təhvil verəcək - TƏHLİL

    Paşinyan tezlikdə "iki stul"dan birini ...

    25-12-2018, 12:25

  • 
  • ABŞ-dan kritik Qarabağ xəbərdarlığı - Moskvanın 2019 planı...

    ABŞ-dan kritik Qarabağ xəbərdarlığı - Moskvanın ...

    10-01-2019, 11:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu