Xəbər verdiyimiz kimi, Leyla Məmmədli adlı paytaxt sakini "InTravel Az" turizm şirkətini özü ilə birgə 20 ailəyə qarşı dələduzluq etməkdə ittiham edib.
"InTravel Az" şirkətindən Qaynarinfo-ya verilən məlumata görə, qurum hadisədən xəbərdardır və dələduzluq edən əməkdaşının da kim olduğunu aşkar edib:
"InTravel Az" şirkəti işçisinin dələduzluğu nəticəsində bu problemlərlə qarşılaşıb. Nərgiz Məmmədova adlı şəxs, müştərilərdən ofisdən kənar ödəmələr alaraq, saxta "voucher" və biletlər verib. Özü 2 ilə yaxın ofisdə intizamlı işçilərdən olub, amma son 1 həftədə bu vəziyyətdən agah olduq və hüquq mühafizə orqanlarına məlumat verdik. Bu vəziyyətdən sui istifadədir. "InTravel Az" şirkəti 8 ildir fəaliyyət göstərir və ilk dəfədir ki, bu halla rastlaşır", deyə şirkətdən bildirilib.
Son olaraq "InTravel Az" şirkəti müştərilərə xəbərdarlıq edib: "Müştərilərimizə bildiririk ki, ofisdən kənar nə ödəniş, nə də başqa bir sənəd almasınlar!" //dia.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?