GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Minimum əməkhaqqının artırılması sərəncamı 260 minə yaxın təhsil işçisini əhatə edəcək

Minimum əməkhaqqının artırılması sərəncamı 260 minə yaxın təhsil işçisini əhatə edəcək

Tarix: 4-09-2019, 14:19 Bölmə :Cəmiyyət Baxış: 593
Minimum əməkhaqqının artırılması sərəncamı 260 minə yaxın təhsil işçisini əhatə edəcək


Heç bir cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Ona görə də təhsil işçilərinin əməkhaqqının artırılmsı və onların sosial müdafiəsi davamlı xarakter daşıyır. Bu sahədə aparılan islahatların kompleks və sistemli şəkildə aparılması onun dünya standartlarına uyğun olmasına yönəldilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar təhsilin bütün pillələrində müəyyən hədəflər müəyyənləşdirib.

Təhsil nazirinin müavini İdris İsayev aparılan islahatlar barədə deyib ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi və sosial təminatının genişləndirilməsi və onlara layiqli həyat şəraitinin yaradılmasını ölkədə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu öz çıxışlarında dəfələrlə qeyd edib: "Ötən dövrdə həyata keçirilən tədbirlər sistemli və məqsədyönlü xarakter daşıyır. Minimum əməkhaqqı 2005-ci illə müqayisədə on, orta aylıq əməkhaqqı isə beş dəfədən çox artıb. Əgər minimum əməkhaqqının artım dinamikasına diqqət yetirsək, heç bir ildə builki qədər artım müşahidə edilmədiyini görərik.

Minimum əməkhaqqının əhatə etdiyi 950 min nəfərin içərisində təhsil işçiləri də var. İqtisadi fəaliyyət növünün təsnifatına görə muzdla işləyənlərin 23 faizini təhsil işçiləri təşkil edir. Təhsil işçilərinin ödəniş sistemi iki qrupa bölünür: diaqnostik qiymətləndirmədən keçən və vahid tarif cədvəli ilə əməkhaqqı alanlar. Pedaqoji işçilərin 150 min nəfərini diaqnostik qiymətləndirmədən keçənlər, 100 min nəfərini vahid tarif cədvəli ilə əməkhaqqı alanlar təşkil edir. Birinci qrup üzrə orta aylıq əməkhaqqı 20, ikinci qrup üzrə 40 faiz artırılıb. Əməkhaqqı artımları təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı eyni zamanda təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək.

Minimum əməkhaqqı sosial normativdir. İşəgötürənlər istər dövlət, istərsə də özəl sektorda çalışanlara həmin göstəricidən aşağı əməkhaqqı verə bilməz. Minimum əməkhaqqı artımı həm dövlət, həm də özəl sektorda çalışanların əməkhaqqının artımı deməkdir. Doğrudur, elə kateqoriyadan olanlar var ki, daha yüksək əməkhaqqı alırlar, lakin bununla yanaşı az əməkhaqqı alanlar da var. Minimum əməkhaqqının artımı əməyin ödənişi sistemində bərabərsizliyi aradan qaldırır, orta təbəqənin formalaşmasına və iqtisadiyyatın canlanmasına müsbət təsir göstərir.

Minimum əməkhaqqının artırılması haqqında sərəncam 260 minə yaxın təhsil işçisini əhatə edəcək. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı 20, vahid tarif cədvəli ilə maaş alanların orta əməkhaqqı 40 faiz artacaqdır. Sərəncama əsasən daha çox dövlət ümumtəhsil məktəblərində çalışanların əməkhaqqı artıb. İki il əvvəl dövlət başçısının sərəncamı ilə dövlət ümumtəhsil müəssisələrində çalışanların əməkhaqqının iki dəfə artırılması üçün onların bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilib. Həmin artımlar vəzifə maaşlarına tətbiq edilib. Müəllimlər vəzifə maaşlarından başqa əlavələr də alırlar. Təxminən 81 minə yaxın müəllim vəzifə maaşına əlavə alır. Məsələn, elmi dərəcəyə, sinif rəhbərliyinə, ümumtəhsil məktəbinin statusuna görə əlavələr var. Həmin əlavələrin artırılması da nəzərdə tutulur.

Nazir müavini daha sonra deyib: “Peşə təhsili məktəblərində 5 minə yaxın müəllim çalışır. Onların 2 minə yaxını diaqnostik qiymətləndirmədən keçənlər, qalanlari isə vahid tarif cədvəli ilə əməkhaqqı alanlardır. Orta ixtisas məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində 15-16 min nəfərə yaxın pedaqoji heyət çalışır. Sərəncama əsasən onların da maaşları orta hesabla 50 faiz artacaq. Bundan başqa Təhsil Nazirliyinin tabeliyində olan bir sıra qurumlar var və orada 2500 nəfərə yaxın təhsil işçisi çalışır ki, onların da əməkhaqqına 40 faiz artımlar ediləcək”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev: “Minimum əməkhaqqının, pensiyanın artırılması gündəlikdə duran məsələlərdir”

    Prezident İlham Əliyev: “Minimum əməkhaqqının, ...

    9-05-2019, 17:16

  • 
  • Minimum aylıq əməkhaqqı 180 manat olur

    Minimum aylıq əməkhaqqı 180 manat olur ...

    9-02-2019, 14:10

  • 
  • Minimum maaş həddi artdı-105 manat

    Minimum maaş həddi artdı-105 manat ...

    31-08-2013, 23:10

  • 
  • 1 milyon 350 min insanın əməkhaqqı artırılıb

    1 milyon 350 min insanın əməkhaqqı artırılıb ...

    2-09-2019, 10:29

  • 
  • Minimum əməkhaqqı 130 manata qaldırılıb

    Minimum əməkhaqqı 130 manata qaldırılıb ...

    26-12-2017, 12:15


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu