Sürət Hüseynovun qəhramanlıq və xəyanət portretinin cizgilərinə tamamilə başqa məna verməyə cəhd edən bu şəxsin fikirlərinə inanmaq olarmı ?
Bu qədər yalan və palanla yüklənmiş bu adam ağzına nə gəldi danışır. Elə bil ki, bu dedi bizdə düşüncəsiz və bilgisiz tiplər kimi buna inanacağıq. Bu yaxınlarda Gəncədə olarkən Sürət Hüseynovun əsgərlərindən olmuş bir şəxslə görüşmüşdüm. Sürətin qiyamçı dəstələri Bakı istiqamətində hərəkət edərkən Nəvahidə hökümət qüvvələri ilə qarşıdurma zamanı bir neçə nəfər ələ keçir. Onları Bakıya, Azərbaycan Xalq Cəbhəsinin qərargahına aparırlar. Qiyamçıların ələ keçməsi ilə bağlı prezident Əbülfəz Elçibəyə məlumat verilir. Xatırladım ki, bu məlumatları mənə danışan şəxs Mehman Ələkbərovun məktəbdə tələbəsi olub və birlikdə döyüşüblər. Həmin şəxs qeyd edir ki, Elcibəyə məlumat verildikdə biz onun səsini eşidirdik, o cəbhəçilərə deyirdi ki, xaiş edirəm gəncləri incitməyin. Bu məlumatları mənə verən şəxs qiyamçı ordunun tərkibində Bakı istiqamətində hərəkət etmiş bir şəxs idi. O Elçibəyin insanlığını ömürü boyu, günü bu gündə yaddaşında çıxara bilmir. Onu hörmətlə xatırlayır. Laçın Məmişovun Əbülfəz Elçibəyə qarşı bu qədər çirkin və qarayaxma kompaniyası aparması ciddi əsasları olmayan, birtərəfli qaydada Sürət Hüseynovun yandaşları tərəfindən ötürülmüş məlumatlar əsasında hazırlanmış əsassız ittihamlardir. Gəncə və Gəncə ətrafı mafioz ünsürləri başına toplayaraq, həmin məkanlarda quldur sistemi qurmuş Sürət Hüseynov nə qədər insanı faciələrə surüklədiyini bilirsinizmi ? Bozqurd heykəlini gülləbaran edib, bundan zövqalan Sürət Hüseynov yandaslarının milliyyəti nə idi ? Sizin xalq qəhramanı hesab etdiyiniz şəxsin ətrafı insanların mülkünü əlindən aldığını, mal-qarasını daşıyıb aparmağını kimi adına yazaq ? Bunlar "Lələ"-yə gedəcək deyə əliyalın insanlara silah qaldıran Sürətin quldur bandası milləti rəzil günə salan vaxtları niyə görmək istəmirsiniz ? Ola bilər, sifarişli söhbətlərdə həqiqətlər görülmür, onu ört basdır edirlər. Deyəsən sizdə "ana xətti" qoruyursunuz.
Ceyhun Nəbi Cümhuriyyətçi Araşdırmalar Mərkəzinin sədri
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?