GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mərkəzi Bankın sədri bu dəfə kimi aldadır?

Mərkəzi Bankın sədri bu dəfə kimi aldadır?

Tarix: 3-10-2019, 17:04 Bölmə :Cəmiyyət Baxış: 492
Mərkəzi Bankın sədri bu dəfə kimi aldadır?


Ölkənin maliyyə-bank sistemində təlatümlərin, devalvasiyaların və digər neqativ proseslərin yaşanmasının əsas baiskarları sırasında sözsüz ki, Mərkəzi Bank və onun rəhbərliyi də var. Təkcə birbaşa Mərkəzi Bank və onun sədri Elman Rüstəmovun gözü qarşısında Azərbaycan Beynəlxalq Bankından milyardların talanması Elman Rüstəmovun “iş qabiliyyətinin” bariz nümunəsi oldu.

Hələ devalvasiyadan ikicə gün gün əvvəl manatın möhkəmliyi, sabitliyi barədə nağıllar danışan Elman Rüstəmov, əhalinin ən az etibar etdiyi, inandığı iri çaplı məmurlardan birinə çevrildi. Lakin buna baxmayaraq, hörmətli baş bankirin nağılları bitib-tükənmək bilmir. Belə rəvayətlərdən biri də problemli kreditlərin həcmi ilə bağlıdır.
Gundemxeber.Az “AzPolitika.info”ya istinadla bildirir ki, bu il fevralın 28-də ölkə başçısı problemli kreditlər məsələsinin həllilə bağlı fərman imzalayıb. Həmin fərman vətəndaşların banklardakı 10.000 ABŞ dollarınadək problemli kreditlərinin qapanması üçün dövlət büdcəsindən 700 milyon manata yaxın vəsait ayrılmasını nəzərdə tuturdu.
Həmçinin, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə güzəştli kredit verilməsi, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılan kreditin hesabına onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar verilməsi nəzərdə tutulurdu.

Lakin problemli kreditlər məsələsinin həllinə külli miqdarda vəsait ayrılsa da, az müddət sonra bu sahədəki vəziyyət yenidən gərginləşməyə başlayıb. Mərkəzi Bankın statistikasına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 milyard 491 milyon 300 min manat təşkil edib. Bu, avqustun 1-i ilə müqayisədə 0,3 faiz çoxdur.
Xatırladaq ki, problemli kreditlər iyul ayından bəri yenidən artım nümayiş etdirir. Məlumatda o da deyilir ki, sözügedən göstərici ilin əvvəlinə nisbətən 5,9 faiz, son 1 ildə isə 15,9 faiz azalıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,8 faiz olub. Bu nisbət iyulun sonuna 10,9 faiz, ötən ilin sonuna 12,2 faiz, ötən il avqustun sonuna isə 14,4 faiz təşkil edib.
“Banklar problemli kreditlərinin həcmini etiraf etsələr, bağlanmalıdırlar…”
Bəs əsl gerçəklik nədən ibarətdir? Məsələ ondadır ki, reallıqda problemli kreditlərin həcmi Mərkəzi Bankın statistikası ilə müqayisədə xeyli, bəlkə də dəfələrlə çoxdur. Və həmişə də belə olub, yəni ki, Elman Rüstəmovun idarəsi bilərəkdən bu göstəricini az miqdarda təqdim edib. Hansı ki, Mərkəzi Bank hamıdan yaxşı bilir ki, banklar problemli kreditlərlə bağlı real vəziyyəti gizlədirlər.
“AzPolitika.info” nun məlumatına görə, Elman Rüstəmovun “kantorası” isə bilərəkdən buna göz yumur. Elə Mərkəzi Bankın bu “dəvəquşu siyasəti”, yəni başını quma soxmasının nəticəsidir ki, Azərbaycan Beynəlxalq Bankı (ABB), “Bank Standard” kimi banklar talan edildi, milyardlar göyə sovruldu. İndi də eyni üsulla işləyən Mərkəzi Bank deyəsən bank sektorundakı problemli kreditlər məsələsini və bunun yaratdığı təhlükələri görmək istəmir …

Problemli kreditlərin real həcmi barədə mətbuata danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da real vəziyyətin rəsmi göstəricilərdən xeyli fərqli olduğunu deyib. Sitat: “Əgər banklar problemli kreditlərinin həcmini etiraf etsələr, bağlanmalıdırlar. Buna görə də banklar tədricən, kredit işləri üzrə məhkəməyə müraciət etdikcə problemli kreditlərini də etiraf edirlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən bank var ki, maliyyə hesabatlarında guya mənfəətlə işləməsi göstərilir. Guya 100 milyondan çox kredit verib. Halbuki, o bu krediti verməyib, sadəcə, kimlərəsə bu krediti verdiyinə dair sənəd imzaladıb. Artıq bu banklar həmin kreditlərin problemli olduğunu etiraf edirlər. Problemli kreditlərin həcminin artmasının ikinci bir səbəbi isə, son illər verilən kreditlərdir. Əslində problemli kreditlərin həcmi açıqlanan rəqəmlərdən də çoxdur”.
Göründüyü kimi, ekspert də büdcədən ayrılan vəsaitlərə rəğmən bank sektorunda vəziyyətin ürəkaçan olmadığını və getdikcə də mənfiyə doğru dəyişdiyinə eyham vurur.

Bundan öncə isə deputat Vahid Əhmədov parlamentdə bu məsələyə toxunaraq, bank rəhbərlərindən hesab sorulmalı oduğunu deyib: “Prezident əhalinin 10 min dollara qədər kredit borcunun ödənilməsi barədə tapşırıq verib. Amma 620 milyon manatın əhaliyə verilməsindən sonra da bank sektorunda problemlər həllini tapmadı. Niyə bank sistemində vəziyyət ağır olaraq qalır? Bank rəhbərləri Milli Məclisə dəvət oluna və bu məsələlər araşdırıla bilər…”
Ancaq bankların böyük əksəriyyətinin oliqarx-məmurlara aid olduğu da bəllidir və onlar üçün həmin banklara əmanət qoyan vətəndaşların taleyi, yaxud kritik durum yarananda dövlətin işə qarışaraq, problemin həlli üçün külli miqdarda vəsait ayırması , eləcə də ümumiyyətlə bank sektorundakı vəziyyətin ölkənin biznes mühitinə, iqtisadiyyatına vurduğu ziyan qəti maraqlı deyil. Bunu Azərbaycan Beynəlxalq Bankı və “Bank Standart” nümunələrində artıq müşahidə etmişik.
Ona görə də, yaxşı olar ki, parlamentə bank rəhbərlərini yox, Elman Rüstəmovun özünü çağıraraq, hesabat tələb edilsin ki, nə vaxta qədər yalan açıqlamalarla, rəqəmlərlə dövlətin və xalqın başını qarışdırmaqla məşğul olacaq? Və niyə büdcədən ayrılan külli miqdarda vəsaitə rəğmən problemli kreditlərlə bağlı vəziyyət düzəlmək əvəzinə daha da pisləşir?
Ola bilsin ki, E.Rüstəmov bu suallara cavab verə bilər – əgər broyler toyuqlarından tutmuş xarici avtomobillərin distribyutorluğuna, hətta “Bank Respublika”ya qədər uzanan şəxsi biznesindən başı açılsa…

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmov bank kreditləri haqda

    Elman Rüstəmov bank kreditləri haqda ...

    10-05-2016, 12:08

  • 
  • Elman Rüstəmovun  oliqarxlara xidməti

    Elman Rüstəmovun oliqarxlara xidməti ...

    28-05-2013, 16:58

  • 
  • Elman Rüstəmov hesabatı

    Elman Rüstəmov hesabatı ...

    10-02-2014, 12:52

  • 
  • Elman Rüstəmov dünya mərkəzi bank sədrləri arasında ikincilərdən olub - Reytinq

    Elman Rüstəmov dünya mərkəzi bank sədrləri ...

    14-08-2019, 11:25

  • 
  • Elman Rüstəmov arayışsız kreditlərə qadağa qoydu

    Elman Rüstəmov arayışsız kreditlərə qadağa qoydu ...

    16-01-2014, 14:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (514)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu