GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Kəlbəcərli girovlar dəyişdirilir – Rusiya vasitəçidir

Kəlbəcərli girovlar dəyişdirilir – Rusiya vasitəçidir

Tarix: 4-10-2019, 14:36 Bölmə :Cəmiyyət Baxış: 697
Kəlbəcərli girovlar dəyişdirilir – Rusiya vasitəçidir


İllərdir erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması şanası yaranıb; girovun oğlu: “Çox istərdik ki, Rusiyanın xarici işlər nazirinin açıqlaması söz olaraq qalmasın...”
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı açıqlama verib. “Valday” diskussiya klubunun XVI sammitində çıxış edən Lavrov yaxın zamanlarda əsir və girovların dəyişdiriləcəyini deyib.


Bundan bir neçə gün öncə isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Azərbaycan nümayəndə heyəti azərbaycanlı girovların məsələsini qaldırıblar. Avropa Şurasının baş katibi Mariya Pesçinoviç Buriç isə Dilqəm Əsgərov və Şahbaz Quliyev probleminin Baş Katibliyin gündəliyində olduğunu bildirib. “Bizə bəslənən ümidləri və inamı doğrultmaq üçün zəruri olan bütün addımları atacağıq”, - deyə xanım Mariya Pesçinoviç Buriç fikrini yekunlaşdırıb.

Oktyabrın 3-də isə AŞPA binası qarşısında Dağlıq Qarabağda ermənilərin girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, aksiya iştirakçıları əllərində “Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq!”, “Ermənistan Azərbaycan torpaqlarındakı işğala son qoymalıdır!” yazılmış plakatlar tutublar. Aksiya iştirakçıları AŞPA-nın payız sessiyasında iştirak edən parlamentariləri və ətrafdakı insanları məsələ ilə bağlı məlumatlandırıblar. Aksiya Polşa Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə baş tutub.

Kürdoğlu Əsgərov ile ilgili görsel sonucu

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a açıqlamasında Sergey Lavrovun sözlərindən sonra ümidlərinin bir qədər artdığını bildirdi: “Biz çox istərdik ki, Rusiyanın xarici işlər nazirinin həmin açıqlaması söz olaraq qalmasın, atılacaq real addımın xəbərçisi kimi tarixə düşsün. Sergey Lavrov da yaxşı bilir ki, Dilqəm Əsgərov azərbaycanlı olmaqla yanaşı Rusiya vətəndaşlığını da daşıyır. Ən azından onlar bu nüansı nəzərə almalıdırlar.

Biz ümidlərimizi cənab prezidentimiz İlham Əliyevə bağlamışıq. Çünki Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması məsələsi cənab prezidentimizin diqqət mərkəzindədir. Ölkəmizin rəhbərinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Əsir və girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi, aidiyyəti dövlət qurumları və hüquq müdafiəçiləri atamın girovluqdan azad edilməsi istiqaməntində müxtəlif platformalarda intensiv iş aparır. Bu işlərin nəticəsi olaraq Ermənistanın baş nazirinin köməkçisi, müdafiə naziri, xarici işlər naziri də acıqlama veriblər ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsi istisna deyil. Əlbəttə, Rusiyanın əsir və girovların dəyişdirilməsi işinə real ciddi müsbət müdaxiləsi olsa, bu iş tez bir zamanda həllini tapar. Çünki Rusiyanın Ermənistana təsiri böyükdür. Mən ümid edirəm ki, yaxın zamanlarda atam Dilqəm Əgərov, həmçinin Şahbaz Quliyev girovluqdan azad ediləcəklər”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər

    Dilqəm və Şahbaz erməni diversantlarla ...

    15-02-2018, 14:30

  • 
  • AŞPA Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayıb

    AŞPA Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ...

    28-06-2019, 16:00

  • 
  • "Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa Məhkəməsinin sorğularına cavab hazırlanaraq göndərilir" - Kollegiya sədri

    "Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ...

    19-07-2018, 12:29

  • 
  • Dilqəm və Şahbazın saxlanıldığı həbsxanadan görüntülər (VİDEO, FOTO)

    Dilqəm və Şahbazın saxlanıldığı həbsxanadan ...

    20-11-2015, 01:11

  • 
  • Dilqəm Əsgərov və Şahbaz Quliyevdən SON XƏBƏR

    Dilqəm Əsgərov və Şahbaz Quliyevdən SON XƏBƏR ...

    10-05-2019, 22:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu