Qala-Pirallahı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün səhər saatlarında qeydə alınan qəzada 11 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan ikisinin vəziyyəti orta ağırdır:
“Təcili Tibbi yardım briqadası 11 nəfər yaralını 3 saylı xəstəxanaya çatdırıb. Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən doqquzu ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.
İki nəfərin müalicəsi davam edir. Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur”.
Sorğu
Yeni dizaynımız necədir?