Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunmuş güləş turnirinə start verilib.
Sərbəst güləş üzrə milli komandamızın üzvü Hacı Əliyev (65 kq) yarışda uğursuzluqla üzləşib.
3 qat dünya, 3 qat Avropa çempionumuz ilk görüşdə rusiyalı Nikolay İvanova 10:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda digər yerli idmançı Daşa Şarastepanova uduzub – 5:7. Rəqibi 1/4 finalda məğlub olduğu üçün Hacı çıxışını başa vurub.
28 yaşlı idmançı ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında da medal qazana bilməyib.//qafqazinfo
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?