Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib. Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Milli Şura isə 28 sentyabr mitinqi kimi, bu dəfə də icazə verilən məkanla razılaşmır. Bu barədə modern.az-a danışan Milli Şuranın üzvü Tofiq Yaqublu bildirib ki, mitinq iştirakçıları Lökbatana getməyəcək. O, qeyd edib ki, oktyabrın 19-da saat 15:00-da metronun “28 May” stansiyasının çıxışındakı meydanda mitinq keçirəcəklər.
AXCP sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Əli Kərimli də feysbuq səhifəsində paylaşdığı statusda “28 May” metro stansiyasının qarşısında aksiya keçirəcəklərini qəti şəkildə bəyan edib.
Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.
Bu barədə APA-ya mitinq təşkilatçılarından olan Tofiq Yaqublu məlumat verib. O bildirib ki, BŞBPİ-dən onlara zəng edərək, oktyabrın 17-də saat 11:00-a idarəyə dəvət ediliblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?