Gundemxeber.az » Ölkə » Cəmiyyət » BAKIDAKI ETİRAZ AKSİYASI DÜNYA MEDİASINDA - "The Independent" nəşri: “Qərb ölkələri Azərbaycanı tərifləyirlər, lakin...”
BAKIDAKI ETİRAZ AKSİYASI DÜNYA MEDİASINDA - "The Independent" nəşri: “Qərb ölkələri Azərbaycanı tərifləyirlər, lakin...”
“Şənbə günü enerji resurları ilə zəngin ölkə olan Azərbaycanda az maaş, korrupsiya, demokratiyanın olmamasına etiraz edən, başda ana müxalifət olan Xalq Cəbhəsinin lideri olmaqla, çox sayda insanı polis həbs edib”.
Gundemxeber.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın məşhur "The Independent" nəşrində qeyd olunur. Yazıda daha sonra qeyd edilir: “Etirazçılar Qərb ölkələriinin və beynəlxalq insan hüquqları təşkilatlarının şəffafflığın olmamasında ittiham etdiyi ölkədə əsas olaraq azad, ədalətli seçkilər və maaşların qaldırılması kimi tələblər olmaqla, bir sıra tələblər irəli sürüblər. Xalq Cəbhəsinin lideri Əli Kərimli həbs olunmamışdan əvvəl jurnalistlərə deyib ki, 50-yə yaxın adam, əsasən icazəsiz mitinqin təşkilatçıları, artıq həftənin əvvəlində saxlanılıblar. "Biz konstitusion hüquq və azadlıqlarımızın qorunmasını tələb edirik. Biz bu hökumətdən qorxmuruq və sona qədər mübarizə aparacağıq”, - deyə Kərimli bildirib. Polis Kərimlini Bakının mərkəzində, etiraz aksiyasının keçirildiyi yerə yollanandan az sonra saxlayıb. Hadisə yerində olan “Reuters” bildirib ki, Əli Kərimlidən sonra 80-dən çox etirazçı həbs olunub. Bakı polisinin rəis müavini Səhlab Bağırov “Reuters” agentliyinə təsdiq edib ki, bəzi adamlar yaxalanıb, amma onların adını çəkməkdən imtina edib. Polis, həmçinin, aksiyadan əvvəl Bakının bir neçə mərkəzi küçəsini bağlayıb, bir neçə metro stansiyası müvəqqəti bağlanıb, paytaxtda internetə qoşulma ilə bağlı problemlər yaranıb. Prezident İlham Əliyev Azərbaycanı 2003-cü ildən, mərhum atası dünyasını dəyişəndən bu yana idarə edir. Qərb ölkələri Avropaya neft və qaz nəqlində Rusiyaya alternativ rol oynadığı üçün Azərbaycanı tərifləyirlər. Lakin müxtəlif Avropa qurumları və hüquq təşkilatları cənab Əliyevi müxaliflərin səsini kəsməkdə və həbs etməkdə ittiham edir, Bakı isə ittihamları rədd edir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?