Türkiyənin İstanbul şəhərində Prezident Recep Tayyip Erdoğanın hökumətinə qarşı 430 kilometrlik yürüşün sonunda yüz minlərlə insanın iştirak etdiyi etiraz aksiyası keçirilir.
Maltepe mitinq meydanında çıxış edən müxalifət lideri Kemal Kılıcdaroğlu "yaşadığımız dövr bir diktator dövrüdür" deyərək cənab Erdoğanı Almaniyanın keçmiş lideri Adolf Hitlerə bənzədib. İyunun 15-i payaxt Ankarada başlayan "ədalət" yürüşünə böyük izdihamlar qoşulub. Prezident Erdoğan yürüşün iştirakçılarını terroru dəstəkləməkdə təqsirləndirib. O deyib ki, yürüşü təşkil edən Cümhuriyyət Xalq Partiyası (CHP) siyasi müxalifətdən keçərək "terrorçu təşkilatlarla və onları ölkəmizə qarşı təhrik edən qüvvələrlə birgə fəaliyyət göstərir". Yürüş İstanbula 24 günə çatıb Yürüşün son bir kilometrini tək gəzən cənab Kılıcdaroğlu səhnədən çıxsışında deyib: "Biz bir adamlıqrejimə qarşı, FETÖ-yə qarşı olduğumuz üçün, 20 iyul çevrilişinə qarşı olduğumuz üçün yürüdük, İŞİD-ə, PKK-ya, əl-Nüsrəyə və digər terror təşkilatlarına qarşı olduğumuz üçün yürüdük... həqiqi çevrilişçilər ortaya çıxsın deyə yürüdük...". Mitinqdə, o, fövqəladə hal vəziyyətinin qaldırılması və işlərindən uzaqlaşdırılan dövlət qulluqçularının işlərinə bərpa edilməsi daxil olmaq 10 maddəlik çağırış bəyan edib. CHP lideri Kemal Kılıcdaroğlu yürüşü partiyasının millət vəkili Enis Berberoğlunun həbsindən sonra təşkil ed Cənab Berberoğlu hökumətin Suriyada cihadçıları silahlarla təmin etdiyini iddia edən sənədləri sızdırmaqda ittiham olunub. O, bu ittihamları təkzib edir. Bazar günü keçirilən etiraz aksiyası onun saxlandığı həbsxananın önündə keçiriləcək. Keçən ilin hərbi çevriliş cəhdindən sonra Türkiyədə 50 mindən çox insan həbs edilib və 140 min insan işindən uzaqlaşdırılıb. İnsan hüquqları fəalları və jurnalistlərin həbsləri Türkiyənin beynəlxalq tənqidinə səbəb olub. Yürüşü təşkil edən və hər gün təxminən 20 kilometr məsafəni ayaqla yürüyən cənab Kılıcdaroğlu prezident Erdoğanın fövqəladə vəziyyət elan etməsini və dövlət qulluqçularını kütləvi şəkildə işdən uzaqlaşdırmasını "ikinci çevriliş" adlandırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?