GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Milli Şuranın aksiyasına beynəlxalq və rəsmi münasibət

Milli Şuranın aksiyasına beynəlxalq və rəsmi münasibət

Tarix: 21-10-2019, 15:55 Bölmə :Cəmiyyət Baxış: 681
Milli Şuranın aksiyasına beynəlxalq və rəsmi münasibət


Milli Şuranın oktyabrın 19-da mitinq keçirməyə cəhdi zamanı çoxsaylı insanların saxlanılması,həbsi geniş müzakirəlrə səbəb olub. Beynəlxalq qurumlar dinc nümayişçilərin tutulmasını pisləyən bəyanatla çıxış edib. Rəsmi Bakı isə tənqidləri qəbul etmir.

Müxalifət aksiya zamanı yüzlərlə insanın salxanıldığını bildirir. Onlardam 30-dan çox insan 5 sutkadan 60 sutkayadək inzibati həbsə məhkum edilib və ya cərimələnib.

Bakı Şəhər Baş Polis İdarəsi məlumatında isə deyilir ki, Milli Şuranın qanunsuz aksiyasının təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

“Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqa zidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb,” polis idarəsi bildirib.

Avropa İttifaqı: Toplaşmaq azadlığı fundamental insan hüququdur

Avropa İttifaqı rəsmi Bakını oktyabrın 19-da dinc mitinqin iştirakçılarına qarşı hədsiz polis zorakılığını araşdırmağa çağırır.

Bu barədə Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndə Federika Mogerininin mətbuat katibi Mariya Kosyançiç bildirib.

O qeyd edib ki, oktyabrın 19-da Bakıda dinc mitinq keçirmək cəhdindən sonra onlarla insan saxlanılıb.

Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün hədsiz və səbəbsiz güc tətbiq edildiyi bildirilib. Bu cür hadisələr araşdırılmalıdır.
Avropa İttifaqının açılamasından sitat

"Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün hədsiz və səbəbsiz güc tətbiq edildiyi bildirilib. Bu cür hadisələr araşdırılmalıdır. Biz həmçinin hakimiyyəti həbsdə qalan dinc nümayişçiləri azad etməyə çağırırıq," Kosyançiç bildirib.

"Toplaşmaq azadlığı fundamental insan hüququdur və biz Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq bu hüququn tam şəkildə həyata keçirilməsini təmin etməsini gözləyirik," mətbuat katibi qeyd edib.

Xarici İşlər Nazirliyi: Polis kübar və mədəni davranış nümayiş etdirib

Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat katibi Leyla Abdullayeva Trend agentliyinə bildirib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunub.

“Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı. Buna baxmayaraq, onlar həmin ərazidə faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etmişdilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə müvafiq ali hakimiyyət orqanlarının binalarının 200 metr radisunda keçirildiyi təqdirdə, mitinqlər, nümayişlər, küçə yürüşləri qadağan oluna bilər.

Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsindəki “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunub. Buna baxmayaraq, şəhərin mərkəzi hissəsinfə qanunsuz aksiyanın keçirilməsinə cəhd olunub. Polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayib.”

Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz.
Leyla Abdullayeva, Xarici İşlər Nazirliynin mətbuat katibi

Mətbuat katibi hesab edir ki, Avropa İttifaqı tərəfindən bu gün Barselonada baş verən hadisələrə, o cümlədən din nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdənistifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirilməsi yaxşı olardı.

“Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər ölbürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar vardır. Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz,” mətbuat katibi qeyd edib.

Milli Şura: Bu şərəfli mübarizədə Qələbə Azərbaycan xalqının haqqıdır

Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında deyilir ki, 19 oktyabr mitinqində iştirak edən dinc vətəndaşlara qarşı polis orqanları, xüsusilə Çevik Polis Alayı tərəfindən vəzifə səlahiyyətlərini aşmaqla aşırı güc və zorakılıq törədilib

“Onlarla vətəndaş işgəncəyə və qeyri-insanı rəftara məruz qaldı, 500 nəfərə yaxın dinc nümayişçi saxlanılaraq müxtəlif polis idarələrinə aparıldı," sənəddə qeyd edilir.

Milli Şura bildirir ki, aksiya zamanı onun əsas təşkilatçılarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı xüsusi amansızlıqla rəftar edilib.

“Ölkə müxalifətinin lideri saxlanıldığı zaman heç bir müqavimət göstərməsə də, polislərin tələblərinə əməl edəcəyini desə də, ona qarşı nümayişkarcasına aşağılayıcı və zorakı, sanki cinayət başında zərərsizləşdirilən terrorçu kimi davranılıb. Əli Kərimliyə saxlanılarkən yerləşdirildiyi avtobusda Daxili İşlər Nazirliyinin Xüsusi Çevik Alayının altı nəfər əməkdaşı tərəfindən xüsusi amansızlıqla döyülüb, alçaldıcı və qeyri insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qoyulub.”

Azərbaycan kleptokratik hakimiyyəti Maqnitski qanununun əhatə dairəsinə düşməyə çoxdan layiqdir və bu istiqamətdə ən qısa zamanda konkret addımların atılmağını gözləyirik.
Milli Şuranın bəyanatından sitat

"Açıq və ədalətli siyasi mübarizdə uduzduğu rəqibindən polis işgəncəsi altında siyasi fəaliyyətdən imtina haqqında öhdəlik tələb edən və ölkəni cəngəllik qanunları ilə idarə edən İlham Əliyev rejiminə qarşı geniş sanksiyalar tətbiq etməyə çağırırıq. Azərbaycan kleptokratik hakimiyyəti Maqnitski qanununun əhatə dairəsinə düşməyə çoxdan layiqdir və bu istiqamətdə ən qısa zamanda konkret addımların atılmağını gözləyirik", deyə bəyanatda vurğulanır.

Milli Şuranın bəyanatında daha sonra deyilir: “Korrupsioner, talançı, quldur mahiyyətli və cinayətkar hakimiyyətə artıq tarixin dəftərxanasındakı yerini göstərmək üçün əziz xalqımızı dinc, sivil, konstitusion mübarizəyə çağırırıq. Yaşadığımız bütün məhrumiyyətlərə, üzləşdiyimiz bütün zorakılıqlara və hətta işgəncələrə baxmayaraq, Milli Şura olaraq bu mübarizənin önündə olaraq xalqımızı haqq etdiyi azadlığa, demokratik, azad, firavan və ədalətli cəmiyyətə qovuçdurmaq niyyətimizdə israrlıyıq. Bu şərəfli mübarizədə Qələbə Azərbaycan xalqının haqqıdır və o öz haqqına qovuşacaq!", sənəddə qeyd edilir.

Dunya Miyatoviç: Həbsdə olan dinc nümayişçiləri də azad etməyə çağırıram

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviç oktyabrın 19-da Bakıda polis zorakılığını pisləyib.

Onun oktyaberrın 21-də yayılan bəyanatında deyilir:

"Həftə sonu Bakıda baş verən hadisələr, polisin icazəsin mitinqləri amansızca dağıtması Azərbaycanda polisin davranışı və insanların dinc etiraz hüququ ilə bağlı ciddi narahatlıq doğurur".

"Oktyabrın 19-da müxalifətin şəhərin mərkəzində mitinq keçirmək cəhdləri polis zorakılığı ilə üzləşib. 100-ə yaxın insanın (hakimiyyətin məlumatına görə, 60 nəfər), o cümlədən müxalifət liderinin saxlanıldığı və həbs edildiyi bildirilir. Onların bəziləri mitinq ərəfəsində saxlanılıb.

İnsanların dinc nümayişə qoşulmasına imkan verməyiblər, belə ki, metronun üç stansiyası bağlanıb, əsas küçələr isə polis tərəfindən mühasirəyə alınıb.

Oktyabrın 20-də isə məişət zorakılığına qarşı dinc etiraz aksiyası dağıdılıb. Etirazdan videogörüntülər dərin narahatlıq doğurur, xüsusən, etirazın məqsədini, daha dəqiq desəm, Avropa Şurasının İstanbul Konvensiyasının ratifikasiyası çağırışını nəzərə alsaq.

Hüquq-mühafizə orqanları əməkdaşlarının ölçüsüz güc tətbiq etməsini pisləyirəm və hakimiyyəti israrla amansız davranış haqqında məlumatların dərhal səmərəli araşdırılmasını təmin etməyə çağırıram.

Hakimiyyət həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dinc nümayişçilərə qarşı hədsiz güc tətbiqinin qarşısının alınması üzrə səmərəli tədbirlər görməli və sərbəst toplaşmaq azadlığına tam riayət olunmasını təmin etməlidir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının ölçüsüz güc tətbiq etməsini pisləyirəm və hakimiyyəti israrla amansız davranış haqqında məlumatların dərhal səmərəli araşdırılmasını təmin etməyə çağırıram.
Dunya Miyatoviç, Avropa Şurasının insan hüquqları üzrə komissarı

Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş açıq nümayişlərin keçirilməsi haqqında məlumatlandırma proseduru Avropa standartlarına uyğun şəkildə tətbiq edilməlidir və bu cür nümayişlərin keçirilməsi üçün icazə tələb olunmur. Hakimiyyət təşkilatçıların üstünlük verdiyi yerdə açıq yığıncaqlara yardım etməli və onları qorumalıdır.

Mən eyni zamanda oktyabrın 19-da mitinqin keçirildiyi yerdə İnternetin kəsilməsindən və etiraz aksiyasını işıqlandıran jurnalistlərin yaralanmasından narahatam. Hakimiyyəti fikri ifadə etmək azadlığı hüququna daha çox diqqət yetirməyə çağırıram.

Başa düşürəm ki, saxlanılanların əksəriyyəti azad edilib, hakimiyyəti hələ də həbsdə olan dinc nümayişçiləri də azad etməyə çağırıram", deyə Miyatoviç qeyd edib.

Əli Əhmədov: Qanunsuz mitinqləri təşkil edənlər xarici qüvvələr tərəfindən idarə olunur

Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ölkədə keçirilən qanunsuz aksiya ilə bağlı tədbir keçirilib.

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki,belə aksiyaların məqsədi ölkədə siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır.

“Bu isə, təbii ki, Azərbaycanı istəməyən, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin işidir. "Aydın görünür ki, qanunsuz mitinqləri təşkil edənlər xarici qüvvələr tərəfindən idarə olunur. Mitinqlərin keçirilməsi üçün xüsusi yerlər ayrılır. Bu həm insanların hərəkətinə mane olmamaq, həm də elə mitinq iştirakçılarının özlərinin təhlükəsizliyi baxımından vacibdir. Lakin qanunsuz aksiyalara qatılanlar bunu nəzərə almırlar. Bu isə insanlarda narahatlığa səbəb olur, onların rahat hərəkətinə maneçilik törədir," Əhmədov qeyd edib./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Şuranın aksiyası ilə əlaqəli yüzdən çox insanın saxlanıldığı bildirilir

    Milli Şuranın aksiyası ilə əlaqəli yüzdən çox ...

    21-10-2019, 11:59

  • 
  • Avropa İttifaqı dinc aksiya iştirakçılarına qarşı zorakılığı araşdırmağa çağırır

    Avropa İttifaqı dinc aksiya iştirakçılarına qarşı ...

    21-10-2019, 15:41

  • 
  • AXCP-nin iki fəalı saxlanılıb

    AXCP-nin iki fəalı saxlanılıb ...

    21-08-2019, 15:16

  • 
  • AXCP fəalı saxlanılıb

    AXCP fəalı saxlanılıb ...

    11-06-2019, 12:01

  • 
  • Polis küçə yürüşü keçirməyə cəhd edənlərin saxlanıldığını bildirir

    Polis küçə yürüşü keçirməyə cəhd edənlərin ...

    28-01-2019, 11:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu