GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vəkil Tofiq Yaqublu ilə görüşüb

Vəkil Tofiq Yaqublu ilə görüşüb

Tarix: 22-10-2019, 10:50 Bölmə :Cəmiyyət Baxış: 328
Vəkil Tofiq Yaqublu ilə görüşüb


“Tofiq Yaqublu sol qabırğaları tərəfdən şiddətli ağrıdan əziyyət çəkdiyini söyləyir”.

Gundemxeber.Az bildirir ki, bunu AzadlıqRadiosuna oktyabrın 21-də Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlanan Tofiq Yaqublu ilə görüşən vəkil Nemət Kərimli deyib. Onun sözlərinə görə, Tofiq Yaqublu ona oktyabrın 19-da Nəsimi rayon Polis İdarəsində 1 saata yaxın işgəncələr verildiyini bildirib. Vəkilin vurğulamasına görə, Tofiq Yaqublu deyib ki, ondan televiziyaya çıxıb səhvini etiraf etmək tələb olunurmuş: "Qorxu ondan idi ki, qabırğalar sınaraq, həyatı vacib daxili orqanları deşə bilər. Tofiq Yaqublu Daxili İşlər Nazirliyin hospitalına aparılıb, orada müayinədən keçirilib. Müayinənin nəticəsində yazılıb ki, Yaqublunun həyatına təhlükə yoxdur".

Bu açıqlamaya Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqublunun təcridxanaya qaytarıldığı bildirilir

Oktyabrın 19-da Milli Şuranın mitinqində saxlanan bu qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun xəstəxanadan yenidən Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına qaytarıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib. Onun sözlərinə görə, atasının hansı xəstəxanada müayinədən keçdiyi və müayinənin nəticələri bilinmir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

5 gündür axtarılan cəbhəçidən xəbər var

5 gündür yeri axtarılan AXCP Nizami rayon şöbəsinin sədri Paşa Umudovdan xəbər var.

Onun bu gün, oktyabrın 21-də yerinin öyrənildiyi deyilir.

Bu barədə Paşa Umudovun vəkili Zübeydə Sadıqova danışıb. Onun sözlərinə görə, Paşa Umudovun oktyabrın 16-da saxlandıqdan bu yana harada olduğu bilinmirdi. Vəkilin deməsinə görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Kürdəxanı təcridxanasına müraciət etsə də, müsbət cavab almayıb: "Onun yerini müəyyən etmək üçün Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etdim. Ombudsman Aparatı ilə əlaqə saxladım, amma müsbət cavab ala bilmədim. Bir az olar ki, Ombudsman Aparatından xəbər verdilər ki, Paşa​ Umudov Kürdəxanı təcridxanasında saxlanır. Müdafiəçisi olduğum şəxsin yerinin mənə bildirilməməsi səbəbi aydın deyil".

Paşa Umudov ilə görüşə gəlincə, Z.Sadıqova deyib ki, vəkillik orderi, görüş məktubu müstəntiqə göndərilməlidir, bundan sonra görüşə icazə verilib-verilməməsinə baxılacaq.

Z.Sadıqova əlavə edib ki, Nərimanov rayon Məhkəməsi Paşa Umudov haqqında Cinayət Məcəlləsinin 234.2-cü (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) maddəsinə əsasən 3 aylıq həbs-qətimkan tədbiri seçib. "P.Umudov saxlanan zaman üzərindən 11.83qram narkotik maddə tapıldığı bildirilir. Nərimanov rayon Məhkəməsinin qərarından Apellyasiya şikayəti vermişəm, bu həftənin sonuna kimi baxılacağı gözlənilir", - vəkil bildirib.

Vəkilin açıqlamasına Daxili İşlər Nazirliyi və başqa qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.

Ailəsi Tofiq Yaqublunun səhhətindən narahatdır.

"Mənə Binəqədi Müvəqqəti Saxlama Təcridxanasından dedilər ki, atamı xəstəxanaya aparıblar".

Bunu AzadlıqRadiosuna Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasında saxlanan həmin qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib. Onun sözlərinə görə, Tofiq Yaqublunun hansı xəstəxanaya aparılması barədə təcridxanadan heç bir məlumat verilməyib: "Bu hadisə haqqında Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə də müraciət etdim, heç bir cavab yoxdur".

Vəkil Nemət Kərimli də təsdiqləyib ki, təcridxanadan Tofiq Yaqublunun xəstəxanaya aparıldığını desələr də, bundan artıq onlara heç nə söylənməyib: "Mən müdafiə etdiyim şəxsin hansı xəstəxanaya aparılmasını və bunun nə səbəbdən olmasını bilmirəm. Bu haqda mənə heç nə demirlər".

Nigar Həzinin bildirdiyinə görə, oktyabrın 21-də Tofiq Yaqublu evə zəng edərək saxlandığı zaman işgəncəyə məruz qaldığını, qabırğasının sındırıldığını söyləyib.

Bu açıqlamaya Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Daha 2 nəfərin həbs edildiyi deyilir

Müsavat Partiyasından isə bildirirlər ki, onların 3 üzvünə inzibati həbs cəzası verilib: "Bunlardan biri Müsavat Partiyası Kürdəmir təşkilatının sədri, mitinqdən öncə tutulan Baha Mikayılovdur. Ona 15 sutka verilib. Digər iki nəfər isə mitinq günü tutulan Qoşar Nurəliyev (10 sutka) və Tofiq Yaqubludur (30 sutka)".

Tofiq Yaqublunun adı Milli Şuranın siyahısında yer alsa da, qalan iki nəfərin adı ora düşməyib.

Müsavat Partiyasından verilən bu məlumatı rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

29 nəfərin inzibati cəza alması dəqiqləşdirilib-AXCP

Milli Şuranın oktyabrın 19-da keçirilmiş aksiyası zamanı və həmin ərəfədə saxlanan fəallardan 29 nəfərinə inzibati həbs cəzası verildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

AXCP-dən vurğulayıblar ki, onlara 5 sutkadan 60 sutkaya kimi inzibati həbs cəzası verilib.

Bir nəfər, çox vaxt AXCP sədri Əli Kərimlinin olduğu avtomobilləri idarə edən, partiyanın Nizami rayon şöbəsinin sədri Paşa Umudov haqqında isə cinayət işinin açıldığı qeyd edilir. Verilən məlumata görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə o, Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) maddəsi ilə günahlandırılır və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

İnzibati həbs cəzası alanlardan birinin də keçmiş müstəntiq Rüfət Səfərov olduğu bildirilir. Onun da yerinin uzun müddət dəqiqləşdirilmədiyi vurğulanırdı.

Bu məlumatları, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Amma Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) oktyabrın 19-da Milli Şuranın aksiyası ilə bağlı məlumat yaymışdı. Orada aksiyada 60 nəfərin saxlandığı, onlardan 18 nəfərinin işinin məhkəməyə göndəriləcəyi qeyd edilirdi.

Tofiq Yaqublunun qızı: 'Atam işgəncələrə məruz qaldığını bildirdi'

Milli Şuranın oktyabrın 19-da keçirdiyi aksiyasında saxlanan bu qurumun Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun bu gün, oktyabrın 21-də təcridxanadan evlərinə zəng vurduğu deyilir.

Bu barədə AzadlıqRadiosuna onun qızı Nigar Həzi danışıb: "Atam zəng etmişdi, işgəncələrə məruz qaldığını bildirdi".

Onun sözlərinə görə, Tofiq Yaqublu oktyabrın 19-da saxlandıqdan sonra işgəncələrə məruz qaldığını, qabırğasının sındırıldığını söyləyib: "İndi vəkillə müqavilə bağlamağa gedirəm ki, vəkil atamla görüşə bilsin".

Nigar Həzi deyir ki, atasına 30 sutka inzibati həbs cəzası verilib.

Qızının sözlərinə görə, günortadan sonra ailə üzvü kimi Daxili İşlər Nazirliyinin Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına gedib, atası ilə görüşməyə çalışacaq: "Düzdür, görüş veriləcəyinə ümid çox azdır, amma atamla görüşməyə cəhd edəcəyəm".

Bu açıqlamaya Daxili İşlər Nazirliyindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Həmin aksiyada saxlanıb, sonra buraxılan AXCP sədri Əli Kərimli də oktyabrın 19-da ağır işgəncə ilə üzləşdiyini açıqlamışdı. Buna da Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi, hələ ki, münasibət bildirməyib. Amma "Report" agentliyinin xəbərinə görə, həmin gün Ə.Kərimlinin müayinə edildiyi DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bunları bildirib.

"Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilmişdir. Vətəndaş Kərimli hospitalda baş-beyin kompüter tomoqrafiyası, abdominal və torokal kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçmişdir. Heç bir patoloji hal aşkar edilməmişdir və buna görə də xəstə evə buraxılmışdır. Müayinə protokolları Kərimliyə təqdim olunmuşdur. O, hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmamışdır", - o vurğulayıb.

Rəsmilər bu vaxta qədər polis və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayıblar.

Tofiq Yaqubluya 30 sutka verildiyi deyilir

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun qızı Nigar Həzi məlumat verib. O, qərarın Nəsimi Rayon Məhkəməsində çıxarıldığını desə də, detallardan məlumatsız olduğunu söyləyib.

Amma bu deyilənləri, hələlik, Nəsimi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

***

Milli Şurası 19 oktyabr aksiyasından əvvəl və aksiya günü saxlananlarla bağlı məlumat yayıb.

Həmin məlumatda bildirilib ki, mitinq ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) funksionerlərindən 10 nəfərinə inzibati həbs cəzası verilib.

Milli Şura qeyd edir ki, öncədən də fəallardan 3 nəfər inzibati həbsdə olub.

Qurumdan vurğulandığına görə, aksiya öncəsi rayonlarda da bir çox fəalar saxlanıb, aksiya başa çatdıqdan sonra sərbəst buraxılıblar.

“Oktyabrın 15-dən Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan AXCP Nizami şöbəsinin sədri Paşa Umudova Nərimanov rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.2 maddəsinə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) əsasən cinayət işi açılıb və barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib”.

Aksiya günü, oktyabrın 19-da isə azı 100-dən çox şəxsin saxlandığı bildirilir. Onların arasında AXCP sədri Əli Kərlimli də olub. Amma o və bir çoxları aksiyadan sonra sərbəst buraxılıb.

Tofiq Yaqublu və Rüfət Səfərovdan xəbər yoxdur

Qurum qeyd edir ki, saxlananlardan bəziləri buraxılmayıb, onların bəzilərindən məlumat yoxdur. Milli Şuradan habelə, bildirildiyinə görə, belələri arasına qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu və keçmiş müstəntiq Rüfət Səfərov da var.

Hələlik, bu açıqlamalara Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Amma Bakı Şəhər Baş Polis İdarəsi ( BŞBPİ) dünən oktyabrın 19-da Milli Şuranın aksiyası ilə bağlı məlumat yaymışdı. Orada aksiyada 60 nəfərin saxlandığı, onlardan 18 nəfərinin işinin məhkəməyi göndəriləcəyi qeyd edilirdi.

Xatırlatma

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb.Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi.Amma BŞİH bu yerlərinn heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi.Bundan sönra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdilər.

Bakı şəhər Baş Polis İdarəsi də bəyan etmişdi ki, icazəsiz aksiyanın qarşısı alınacaq.

Təşkilatçıların bildirməsinə görə, aksiyanın tələblərinə siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi məsələlər daxil idi.

Əli Kərimli saxlanarkən üzləşdiyi zorakılıqlardan danışır.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus sayılan şəxslərin məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb edildiklərini vurğulayırlar.

Bəzi hakimiyyət rəsmiləri də habelə qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz. Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib. Həmin vaxtdan enerjidaşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir

    Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir ...

    25-09-2014, 15:55

  • 
  • Tofiq Yaqublu: “Müsavatın Milli Şuradan çıxmasına üzüldüm”

    Tofiq Yaqublu: “Müsavatın Milli Şuradan çıxmasına ...

    9-01-2014, 13:14

  • 
  • Tofiq Yaqublunun şikayəti Avropada itib

    Tofiq Yaqublunun şikayəti Avropada itib ...

    10-06-2013, 16:16

  • 
  • Tofiq Yaqublu prokurorluğa çağırıldı – Təcili

    Tofiq Yaqublu prokurorluğa çağırıldı – Təcili ...

    15-04-2016, 14:38

  • 
  • Tofiq Yaqublunun vəkili və ailə üzvləri qəzaya düşdü

    Tofiq Yaqublunun vəkili və ailə üzvləri qəzaya ...

    22-01-2014, 00:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu