Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda övladını Sumqayıta məktəbə yola salan qadın yolu keçmək istəyərkən "Volkswagen" markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobil vurub. İdarəetməni itirən sürücü piyadanı vurduqdan sonra onun üstündən keçib. Təxminən 30-35 yaşlarında olan qadın hadisə yerində ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölənin şəxsiyyəti dəqiqləşdirilir. Əraziyə Abşeron rayon Dövlət Yol Polislinin əməkdaşları cəlb olunub, araşdırma aparılır. Hadisənin törədən sürücü F.Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir. F.Nəhmətov açıqlamasında faktı təsdiqləyib.
Sorğu
Yeni dizaynımız necədir?