GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hakimiyyət noyabrın 2-də mitinq keçiriləcəyi təqdirdə müxalifət liderlərini həbslə hədələyir

Hakimiyyət noyabrın 2-də mitinq keçiriləcəyi təqdirdə müxalifət liderlərini həbslə hədələyir

Tarix: 31-10-2019, 15:39 Bölmə :Cəmiyyət Baxış: 1 169
Hakimiyyət noyabrın 2-də mitinq keçiriləcəyi təqdirdə müxalifət liderlərini həbslə hədələyir


Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq edib.

Gundemxeber.az bildirir ki, criminal.az-a daxil olan məlumatda qeyd edilir ki, Demokratik Qüvvələrin Milli Şurası adlandırılan quruma daxil olan partiya və birliklər, o cümlədən özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli tərəfindən oktyabrın 19-da "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nümayişkəranə və kobud şəkildə pozularaq Bakı metropoliteninin "28 May” stansiyasının önündə nəqliyyatın hərəkətinin iflic olmasına, ətrafdakı insanların haqlı narazılığına, ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iş rejiminin və bütövlükdə ictimai asayişin pozulmasına səbəb olan qanunsuz aksiya keçirilməsinin və təxribat xarakterli digər əməllərin qarşısı alınaraq 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
AXCP rəhbərliyi və aksiyanın təşkilatçıları tərəfindən qanunla qadağan edilmiş yerdə planlı şəkildə təşkil olunmuş həmin mitinqlər zamanı polisin qanuni tələblərinə məhəl qoyulmamaqla hüquqazidd əməllərin davam etdirilməsi ətrafdakı insanların haqlı narazılığına gətirib çıxarıb. Respublikada sabitliyin pozulması məqsədi güdən bu cür qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, son günlər Əli Kərimli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan digər şəxslər, habelə ölkə ərazisində əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış axtarışda olan və ermənipərəst xarici dairələrin idarə etdiyi və maliyyələşdirdiyi bir qrup satqınlar tərəfindən sosial şəbəkələrdə və internet informasiya ehtiyatlarında müxtəlif profillər, o cümlədən "AzerbaycanSaatı”, "Turan Tv”, "AzerFreedom TV”, "Meydan Tv”, "OsmanqızıTv” və digər kanallar vasitəsilə noyabrın 2-də Bakı metropoliteninin "28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə yenidən çağırışlar edilir.
Həmçinin, oktyabr ayının 19-da öz peşə borcunu yerinə yetirib ictimai asayişin pozulmasının qarşısını almış polis əməkdaşları haqqında fərdi məlumatlar paylaşılaraq onların işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, asayiş keşikçilərinə qarşı sosial ədavət və düşmənçilik hisslərinin oyadılmasına yönəlmiş təbliğat aparılır. Qeyd olunmalıdır ki, Milli Şura adlandırılan qurumun noyabrın 2-də mitinq keçirmək barədə müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsinin qadağan edilməsi nəzərə alınmaqla mitinq üçün "Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazası təklif edilmiş, lakin təşkilatçılar həmin tarixdə yenə də metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar.
Bütün bunlar bir daha göstərir ki, xalq arasında nüfuzu, sosial dayağı olmayan və siyasi mübarizənin sivil metodlarını qəsdən inkar edən radikal müxalif qüvvələr məhz qanunla qadağan olunan yerlərdə küçə yürüşləri, mitinqlər, piketlər keçirməyə çağırışlar etməklə insanları dövlət orqanlarının qanuni tələblərinə tabe olmamağa, qarşıdurma yaratmağa, faktiki olaraq zorakılıqlar törətməyə, asayişi və sabitliyi pozmağa təhrik edirlər. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Azərbaycan dövlətçiliyinə qarşı açıq-aşkar düşmənçilik mövqeyində duran cılız bir müxalif qrupun istənilən qanunazidd əməllərinin qarşısının qətiyyətlə alınacağını diqqətə çatdıraraq bəyan edir ki, Milli Şura adlanan quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli və həmin partiyada təmsil olunan digər şəxslər qanunsuz kütləvi aksiyaya çağırışları, zorakılığı və qəddarlığı təbliğ edən təxribat xarakterli hərəkətləri ilə əslində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi kimi ekstremist bir yolu seçdiklərini təsdiq edirlər.
Onlara bir daha xəbərdarlıq edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi, ictimai qaydanı, o cümlədən hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin dinc həyatını, rahatlığını, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət üzərlərinə düşəcək.
Eyni zamanda, qanunvericiliyin pozulmasına görə "Siyasi partiyalar haqqında” Qanunun 4-cü, 12-ci və 16-cı maddələrinə uyğun tədbirlərin görülməsi, hüquqazidd əməllər törətmiş şəxslərin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məsuliyyətə cəlb olunması təmin ediləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Kərimli: Mitinqi 28 May metrosunun ətrafında keçirəcəyik

    Əli Kərimli: Mitinqi 28 May metrosunun ətrafında ...

    31-10-2019, 11:30

  • 
  • Milli Şura yenidən mitinq təyin etdi

    Milli Şura yenidən mitinq təyin etdi ...

    26-10-2019, 09:55

  • 
  • Polis: Milli Şura və digər qüvvələrin mitinqində 1000 nəfərədək insan iştirak edib - YENİLƏNİB

    Polis: Milli Şura və digər qüvvələrin mitinqində ...

    14-04-2018, 20:42

  • 
  • Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib — FOTO / YENİLƏNİB (VİDEO)

    Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib — ...

    31-03-2018, 17:54

  • 
  • Bakı meriyası Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb

    Bakı meriyası Milli Şuranın mitinqlə bağlı ...

    30-10-2019, 17:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu