Mən qanunsevər və intizamlı bir şəxs olaraq, daim dövlətimizin qanunlarına hörmətlə yanaşmışam. Özüm 2-ci qrup əliləl və Bərdə şəhərində yaşayıram. Bu gün dövlətdən cəmi 130 manat pensiya alıram. Sizin özəlləşdirməklə bağlı vermiş olduğunuz tapşırıqdan sonra, mən də ruhlanıb bankdan kreditə pul götürdüm və şəhərin Heydər Əliyev-77 ünvanında 12.5 kvm-lik qeyri yaşayış sahəsindən yer aldım. Hazırda məndə lazımi sənədlər olsa da, Ekologiya və Təbii Sərvətlər nazirliyi, Meşə Elmi-Tədqiqat İnstutunun Bərdə filialının direktoru Musa Yaqub oğlu Şükürov, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, hərrac yolu ilə aldığım yerimdən çıxmır. O, mənə “Get kimə istəyirsən şikayət et, mən çıxmıram” deyir. Bununla baglı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə zəng edib, Meşə Elmi-Tədqiqat İnstutunun Bərdə filialının qeyri-qanuni əməlləri haqda məlumat versəm də, hələ də nazirlikdən müsbət cavab almamışam. Sizin imzaladığınız fərmanı bu gün Musa Şükürov saya salmır. Sanki bu fərmanın ona heç bir aidiyyatı yoxdur. İndi mən hara, kimə müraciət edim ki, kreditə pul götürüb hərrac yolu ilə aıdığım obyektimdən, qanunun tələbinə məhəl qoymayan bu məmuru çıxarda bilim. Əgər hər hansı bir məmur ölkə Prezidentinin fərmanına qarşı çıxırsa, deməli həmin şəxs “sərhəddi aşır”.
Cənab Prezident! Mən, Bayramov Vüsal Rafiq oğlu 2-ci qrup əlil olaraq yazıb
Sizdən artıq dərəcədə xahiş eirəm ki, hərrac yolu ilə aldığım obyektdən Şükürov Musanın çıxarılması üçün mənə köməklik edəsiniz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?