Gədəbəy rayonunda fəaliyyət göstərən iş adamı Oktay Əliyev məmurlardan şikayətçidir.
“Qafqazinfo”ya müraciət edən O. Əliyev bildirib ki, onun Gədəbəyin Qalakənd kəndində inşa etdirdiyi turizm obyekti Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas gətirilmədən sökülüb. Şikayətçi deyir ki, obyektin tikintisi ilə bağlı aidiyyəti qurumlardan, xüsusən də ərazinin balansında olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi icazə alıb. Söküntüdən sonra onun atası İbrahim Əliyev məsələnin araşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə ərizə ilə müraciət edib. Müraciətinə cavab olaraq, qurumdan bildirilib ki, məsələ araşdırılıb və məlum olub ki, 29 iyul 2014-cü il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həmin tikililər sökülüb. O. Əliyev bildirib ki, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin Qalakənd meşəbəyliyinin 0.20 ha sahəsindən istirahət turizm məqsədi ilə istifadə etmək üçün həmin müəssisə ilə 16 iyun 2013-cü il tarixdə 5 (beş) illik müqavilə bağlanılıb: “Lakin müqavilənin vaxtı bitməmiş və söküntü ilə bağlı məhkəmənin qərarı olmamış mənə məxsus obyekt icra hakimiyyəti tərəfindən sökülüb”.
Qeyd edək ki, sahibkar Oktay Əliyev məsələnin araşdırılması ilə bağlı Gədəbəy Rayon Prokurorluğuna ünvanladığı müraciətə verilən rəsmi cavabda da obyektin İcra Hakimiyyəti tərəfindən söküldüyü bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?