Bildiyiniz kimi, hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-u, saat 17:20-də taksi sürücüsü tərəfindən vurulub.
Nəticədə o, daxili kəllə-beyin travması alaraq xəstəxanallq olub . Hal-hazırda da, komadadır, ətrafında baş verənlərdən xəbərsizdir. Avtomobilin onu vurması anı, hadisə yerində işıqforda dayanan başqa avtomobilin sürücüsünün çəkilişləri sayəsində, ictimaiyyətə məlum olub. Şübhə yaradan hal odur ki, DIN-in açıqladığı görüntü heç də ilkin yayımlanan video-görüntüdən fərqlənmir. Əslində, hər kəsin bilmək və görmək istədiyi yer, arxa tərəfin görüntüsüdür. Yəni, ''Azərbaycan Dəmir Yolları'' QSC-nin inzibati binasının yerləşdiyi hissədən gələn yolun görüntüsü yayımlanmalıdır ki, ortada olan şübhələrə aydınlıq gətirilsin.
Əgər, hökumətin müvafiq orqanları imkanları olduğu halda, əhatəli görüntülər yaymırsa, bu cəmiyyətdə şübhə yaranmasına əsas verir. Hazırda qəza anının ilkin yayımlanması cəmiyyətin müzakirə mövzusuna səbəb olub və haqlı olaraq, sui-qəsd hadisəsi olması barəsində şübhələnməyə əsas verir. Əgər, hadisə ilə bağlı ciddi və şəffaf araşdırmalar aparılmazsa, məsuliyyət tam olaraq hökumətin üzərinə düşür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?