Paytaxtın Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Gundemxeber.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyyə edilib. Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?