Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevi ölümlə təhdid edən şəxs saxlanılıb.
Gundemxeber.az BakuPost-a istinadən xəbər verir ki, məhkəmə qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib. Saxlanılan şəxslə bağlı əlavə məlumat veriləcək. Qeyd edək ki, “Evez VAhidovic” adlı naməlum sosial şəbəkə istifadəçisi polis mayorunun fotosunu belə bir mətnlə paylaşıb: “Kim bunu qətlə yetirsə 10 000 AZN manat verəcəm”. Faktla bağlı Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayətin xarakterinə görə dövlət və cəmiyyətin mənafeyinə qəsd etməsini, işin xüsusiyyətləri, ibtidai araşdırmanın maraqları nəzərə alınmaqla cinayət təqibinin səmərəliliyini, eləcə də iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?