Bu gün Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs olunmuş Fuad Qəhrəmanlının inzibati həbsi ilə əlaqədar şikayəti təmin etməyib.
Proses zamanı o bildirib ki, Nəsimi Rayon Məhkəməsi obyektiv araşdırma aparmayıb.
Əsasən məhkəmə saxlanma yerində videomüşahidə kameralarından qeydlərə baxılması, onun həqiqətən mobil telefonla danışıb –danışmamasının yoxlanılması üçün mobil rabirə operatoruna sorğu göndərilməsi barədə vəsatətləri təmin etməyib.
“Bütün bunlar ölkədə siyasi repressiyaların, AXCP fəallarının təqib edilməsinin göstəricisidir. Həmçinin bunda məqsəd mitinqdə iştirak etməmək üçün adamları qorxutmaqdır. Amma onlar (hakimiyyət) yanılır. Həbslərlə artan narazılığın qarşısını almaq mümkün olmayacaq”, - F.Qəhrəmanlı bildirib.
O bildirib ki, həbsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.
F.Qəhrəmanlı oktyabrın 31-də saxlanılıb və həmin gün İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmamaq) ilə 30 sutka həbs edilib.
Polisin bildirməsinə görə, o, küçədə telefonla danışarkən yüksək səslə söyüş söyub, polislər onu nizam-intizama çağıranda onların iradlarına məhəl qoymayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?