Fevralın 13-də Azərbaycan Ali Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin kassasiya şikayətini təmin etməyib.
Fuad Əhmədlinin atası Zəfər Əhmədli Amerikanın Səsinə bildirib ki, kassasiya şikayəti Fuad Əhmədlinin cəzaçəkmə müəssisəsindən məntəqə tipli müəssisəyə köçürülməsi ilə bağlı idi.
Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb.
Fuad Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il həbsə məhkum edilib.
Fuad Əhmədli ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduğunu bildirir.
Rəsmi Bakı isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri təkzib edir.//amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?