Noyabrın 13-də Almaniyada fəaliyyət göstərən "Leqat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) rəhbərliyi polis tərəfindən saxlanılıb.
Saxlanılanların arasında Müsavat AKM sədri İlham Həsən, Müsavat AKM sədr müavini Mehdi Xəlilbəyli, Abdin Cavadov, Rəşad Məmmədov, Elşən Abdullayev və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrin keçmiş rəisi Elçin Əkbərov olduğu deyilir.
Almaniyanın “spiegel.de” saytın məlumatına görə, polis Almaniyanın müxtəlif şəhərlərində reyd keçirib və qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparılması ittihamı ilə bir neçә nәfәri hәbs edib.
Sosial şəbəkələrdə yayılmış istintaq materiallarda isə deyilir ki, dəstənin üzvləri öz qanunsuz fəaliyyətdən 300 min avro qazanc əldə edib.
Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyərək bildirib ki, Əliyev noyabrın 13-də səhər saatlarında Berlinə gedərkən saxlanılıb.
Türkül Rüstəmxanlı əlavə edib ki, atası rəhbərlik etdiyi qurum Almaniyada doğulan azərbaycanlı uşaqlara doğum şəhadətnaməsinin verilməsinə yardım edir və sənədlərin tərcüməsi ilə məşğul olur. Əlövsət Əliyevin isə hansı səbəbdən saxlanılması barədə Rüstəmxanlıda hər hansı məlumat yoxdur.
"Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev noyabrn 13-də bu ölkənin polis əməkdaşlarıı tərəfindən saxlanılıb," faktı Əlövsət Əliyevin Azərbaycanda yaşayan qardaşı, Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da təsdiqləyib.
“Nə üçünsə şübhələniblər ki, Əlövsət Almaniyaya miqrant daşınmasına kömək edib. Guya, qeyri-qanuni şəkildə Azərbaycandan oraya adamlar aparılmsına köməklik göstərib. İndi Azərbaycandan insanlar axıb Almaniyaya gedirlər, hüquqi yardım üçün müraciət edirlər. Əlövsət də kimə bacarırısa köməyini əsirgəmir,” o qeyd edib.
Sabir Rüstəmxanlı bildirib ki, bir neçə il öncə də Əlövsət Əliyevdən belə şübhələnmə olmuşdu.
“Amma bu şübhələr təsdiqini tapmamışdı. Yəqin, indi də elə olacaq”, Rüstəmxanlı əlavə edib.
Müsavat Partiyasından isə bildiriblər ki, bəzi müsavatçıların da saxlanması ilə bağlı xəbərləri araşdırdıqdan sonra açıqlama verəcəklər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?