Noyabrın 13-də Müsavat Partiyasının Avropadakı Koordinasiya Mərkəzinin üzvü İlham Həsənin yerli polis tərəfindən saxlanılması haqqında məlumat həqiqətə uyğun deyil. Bu barədə Müsavat Partiyasının mətbuat katibi Mustafa Hacıbəyli bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə müsavatçı kimi göstərilən digər saxlanılan şəxslərin partiyaya mənsubiyyəti də təsdiq edilmir.
“Müsavat üzvü kimi qeyd edilən Rəşad Məmmədov, nəinki Müsavat üzvü deyil, uzun müddət Müsavat AKM və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Bizdə olan ilkin məlumata görə, bəzi evlərdə olan axtarışlar və saxlanmalar məhz onun şikayəti əsasında həyata keçirilib”, deyə Hacıbəyli qeyd edib.
“Almaniyada mükəmməl ədalət mühakiməsi sistemi mövcuddur. Əminik ki, günahı olanlar cəzalarını alacaq, günahsızlar isə sərbəst buraxılacaq”, deyə o bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?