Ölən tələbənin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib və onun nişanlı olduğu bildirilib.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları qızların otağında təhqiqat aparırlar.
-------- 14:50
Xəbər verdiyimiz kimi, BDU-nun yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri ölüb, digərlərinin vəziyyəti ağırdır.
Zəhərlənmə halı ötən axşam müşahidə olunub. Belə ki, tələbə qızlar gecə Təcili Tibbi Yardım çağırıblar. Həkimlər zəhərlənmə olduğunu bildirərək qızları xəstəxanaya aparmaq istəsə də, tələbələr imtina ediblər. Müalicə ambulator şəraitdə davam edib.
Səhər yenidən Təcili Tibbi Yardım çağırılıb. Bu zaman artıq bir tələbənin öldüyü məlum olub.
Zəhərlənmə səbəbi, hələ ki, bəlli deyil.
Qeyd edək ki, Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, qızlar huşsuz vəziyyətdə tapılıb və ağızlarından qan gəlib.
---------- 14:10
Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub.
Səhiyyə Nazirliyindən Milli.Az-ın sorğusuna verilən cavaba görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.
Baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Hələlik hadisənin baş vermə səbəbi məlum deyil".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?