GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Baş redaktordan erməni əsilli olması ittihamına cavab: "Anaların milliyyəti olmur"

Baş redaktordan erməni əsilli olması ittihamına cavab: "Anaların milliyyəti olmur"

Tarix: 22-11-2019, 21:38 Bölmə :Cəmiyyət Baxış: 1 223
Baş redaktordan erməni əsilli olması ittihamına cavab: "Anaların milliyyəti olmur"


Jurnalistin işdən çıxarılması ətrafında qalmaqal böyüyür, ciddi qanun pozuntusuna yol verdiyi bildirilir

Bu günlərdə tanınmış jurnalist Əntiqə Rəşid çalışdığı “Qarabağ” qəzetindən qanunsuz yerə işdən çıxarıldığını iddia edən bəyanat yayıb. Jurnalist bəyanatında bildirib ki, noyabr ayının 3-də öz “Facebook” səhifəsində ölkə başçısına Qarabağla bağlı müraciət etdikdən sonra, çalışdığı “Qarabağ” qəzetinin redaksiya rəhbərliyi tərəfindən ona təzyiq göstərilib.

“Baş redaktor Çingiz İsmayılov, redaktor Salman Alıoğlu və digər iş yoldaşım cinayət işlətmişəmmiş kimi, “sən niyə Prezidentə müraciət etmisən”, - deyə sərt sözlərlə mənə hücuma keçdilər. Çox söz-söhbətdən sonra bildirdilər ki, “ya müraciətini və “Facebook” səhifəni siləcəksən, bizdən də üzr itəyəcəksən, ya da ərizə yazıb işdən çıxacaqsan, əks halda kollektivin iclasını çağırıb protokol tərtib edib səni o şəkildə işdən qovacağıq”. Mən heç bir günah işlətmədiyimdən, nə ərizə yazdım, nə də səhifəmi sildim. Həmin gün qəzetin kollektiv iclasını çağırıb, əllərində heç bir hüquqi əsası olmadan protokol tərtib edib məni işdən çıxartdılar. Beləcə, ayda cəmi 240 manat maaş aldığım işimdən azad edildim. 15 ildir canla-başla çalışdığım iş yerimdən bir qələmdə silindim”, - jurnalist qeyd edib.

Baş redaktordan erməni əsilli olması ittihamına cavab: "Anaların milliyyəti olmur"


Ə.Rəşid əlavə edib ki, həyat yoldaşı Qarabağ müharibəsi əlilidir, bədənində 22 qəlpə daşıyır. Buna görə də işləmək qabiliyyətindən məhrumdur. Bir övladı olan jurnalist ailəsini özü dolandırmağa məcburdur.

Jurnalist AYNA-ya açıqlamasında isə bunları deyib: “Baş redaktor əmrdə göstərib ki, mən mitinqlərə getmişəm və oradan şəkil-video çəkib, öz “Facebook” səhifəmdə paylaşmışam. Bunlar 8 oktyabr piketində və 19 oktyabr mitinqində olub. Amma Qarabağla bağlı videomüraciəti 3 noyabrda paylaşmışam. Nəyə görə 19 oktyabrdan 3 noyabra qədər olan müddətdə mənim haqqımda bir ölçü götürülmədi, məhz 3 noyabrdan sonra bunlar əl-ayağa düşdülər? Yəni konkret olaraq 12 noyabrda iclas kecirilməsinin və mənim işdən cıxarılmağımın səbəbi mitinqdə peşə fəaliyyətimlə məşğul olmağım deyil, videomüraciət ünvanlamağımdır”.

Baş redaktordan erməni əsilli olması ittihamına cavab: "Anaların milliyyəti olmur"


Ə.Rəşid işdən çıxarılmasına ölkə Prezidentini və onun komandasını təhqir etməsinin səbəb göstərilməsinə də münasibət bildirib: “Prezidenti və onun komandasını təhqir etməyimlə bağlı deyilənlər, tamamilə absurddur. 17 ildir peşəkar jurnalistikadayam, ali təhsilim var, gercəkləri görəcək və qiymətləndirəcək ağıldayam. Mənim müxtəlif mətbu orqanlarda məqalələrim var ki, cənab Prezidentin fəaliyyətini təqdir etmişəm. Məsələn, zirzəmi və yataqxanalarda şəraitsiz məkanlarda məskunlaşan köckünlərə verilən yeni evlərdən, Qarabağ əlillərinə göstərilən qayğıdan yazmışam. Həyat yoldaşım da Qarabağ əlilidir və o da, məhz Prezidentin sərəncamı ilə evlə təmin olunub, biz ailəlikcə dəfələrlə Prezidentə öz təşəkkür və minnətdarlığımızı bildirmişik”.

“Əgər mən “Facebook” səhifəmdə hansısa məmuru təhqir və ya tənqid etmişəmsə də, məni buna görə cəzalandırmaq baş redaktorun vəzifəsi deyil ki. Təhqir etdiyim məmur, əgər doğrudan da elə bir insident olubsa, məni coxdan məhkəməyə verə bilərdi. Baş redaktorun məni işdən cıxartmaq haqqında əmrini oxuyandan sonra ortada məlum olmayan bir qərəzin, eyni zamanda hüquq tapdalanmasının şahidi oldum”, - deyə o vurğulayıb.

AYNA saytı olaraq Ə.Rəşidin fikirlərinə aydınlıq gətirmək üçün qarşı tərəflə - “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılovla əlaqə saxladıq. Ç.İsmayılov bizi Ə.Rəşidin işdən çıxarılması ilə bağlı əmrlə tanış edib: “Qəzetin əməkdaşı Əntiqə Rəşidqızı öz fəaliyyətində qəzetin tutduğu mövqeyə zidd olaraq sosial şəbəkələrdə və internet resurslarında dövlət başçısının komanda üzvlərinə qarşı təhqiramiz ifadələrə, redaksiyanın icazəsi olmadan, müxalifətin icazəsiz keçirdiyi piket və mitinqlərdə iştirak edərək şəkillər paylaşdığına görə tutduğu vəzifədən azad edilib”.

Baş redaktordan erməni əsilli olması ittihamına cavab: "Anaların milliyyəti olmur"


Bu yerdə bir məqama da diqqət çəkmək yerinə düşər. Jurnalistin işdən çıxarılması ətrafında yaşanan qalmaqal fonunda iddialar səslənir ki, "Çingiz İsmayılovun anası ermənidir", "O, erməni əsilli olduğu üçün, qəsdən belə mövqe qoyur" və s.

Baş redaktor, bununla bağlı sualımıza da cavab verib: “Birincisi, anaların milliyəti olmur. Allahın bu dünyada yaratdığı millətlərin - erməninin, azərbaycanlının, gürcünün, rusun və s. yaradıcısı Allahdır. Allah səni necə bilirsə, qəbr evinə də elə gedirsən”.

Jurnalistin qeyd olunan ittihamlarla işdən çıxarılmasının hüquqi tərəflərinə gəldikdə, bunu AYNA-ya hüquqşünas Bəhruz Bayramov dəyərləndirib: "İşdən çıxarılma barədə belə bir əmr verilməsi qanunsuzdur. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, işəgötürənlə işçi arasında müddətli və müddətsiz müqavilələr bağlanır. Və həmin müqavilədə qarşılıqlı öhdəliklər, yəni hüquq və vəzifələr olur ki, həmin öhdəliklər pozulduqda müqaviləyə xitam verilir. Jurnalistin işdən çıxarılması barədə əmrdə göstərilənlər isə biabırçılıqdır”.

Baş redaktordan erməni əsilli olması ittihamına cavab: "Anaların milliyyəti olmur"


“Əmrdə qeyd edilənlər xanımın konkret olaraq Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqlarıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar var. Bu əmrdə həmin halların heç biri göstərilmir. Bu xanımın sosial şəbəkədə nəsə yazması onun fikir və söz azadlığıdır. Azərbaycanın tərəfdar çıxdığı söz və fikir azadlığı barədə beynəlxalq konvensiyalar da var. Əmrdə yazılanlara görə nəinki jurnalistin, istənilən Azərbaycan vətəndaşının işdən azad olunmasının heç bir əsası ola bilməz”, - deyə hüquqşünas vurğulayıb.
B.Bayramov onu da qeyd edib ki, Ə.Rəşid problemin həll olunması üçün məhkəməyə müraciət etməlidir: “İşdən çıxarılması barədə əmri aldığından bir ay müddətində əmrin surəti və əmək kitabçası ilə məhkəməyə müraciət edə bilər”.

Baş redaktordan erməni əsilli olması ittihamına cavab: "Anaların milliyyəti olmur"


Məsələyə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun da münasibətini öyrəndik. O, bu məsələdə jurnalisti müdafiə edib: “Əntiqəni uzun zamandır tanıyıram. İstedadlı və çox zəhmətkeş jurnalistdir. İşdən azad olunması və səbəbini biləndə çox üzüldüm. Bu, yolverilməzdir. Ümid edirəm, Əntiqənin pozulmuş hüququ bərpa ediləcək. “Qarabağ” qəzetinin baş redaktorun anasının erməni olduğu barədə mən də eşitmişəm. Anası, nənəsi, arvadı, gəlini erməni olanların böyük vəzifə tutduğu, imkan və söz sahibi Azərbaycanda bu, adi haldır. Olmamalıdır, amma olur. Çox təəssüf!”.

R.Kərimoğlu onu da xatırladıb ki, Ə.Rəşidin problemi barədə ilk dəfə AYNA-ya danışır: “Bundan əvvəl haradasa mənim adımdan açıqlama verdiyim yayılıb. Bu, yalandır. Əntiqə Rəşidlə bağlı bu, ilk açıqlamamdır”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalisti minimum əmək haqqından məhrum etdilər-MURACİƏT

    Jurnalisti minimum əmək haqqından məhrum ...

    21-11-2019, 00:15

  • 
  • İTV-nin əməkdaşını işdən çıxarmaq istəyirlər

    İTV-nin əməkdaşını işdən çıxarmaq istəyirlər ...

    29-07-2013, 18:45

  • 
  • Beynəlxalq idman ustası Facebook statusuna görə işdən çıxarıldı

    Beynəlxalq idman ustası Facebook statusuna görə ...

    23-11-2017, 16:45

  • 
  • Altay Göyüşov BDU-da işdən çıxarıldı

    Altay Göyüşov BDU-da işdən çıxarıldı ...

    13-11-2013, 00:25

  • 
  • "Esmira Qasımova bizi şantaj edir" - İTV-dən cavab

    "Esmira Qasımova bizi şantaj edir" - ...

    30-07-2013, 12:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu