"Hadisə yataqxana ilə bağlı deyil, tələbələrin kirayə qaldıqları evdə baş verib''.
Bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev səhər saatlarında Kliniki Tibbi Mərkəzə aparılan iki tələbənin durumuna münasibət bildirərkən deyib.
Rektor hesab edir ki, belə məsələləri şişirtmək lazım deyil: ''Çünki bu hamıya psixoloji təsir göstərir. Onlardan biri bizim, digəri isə başqa universitetin tələbəsidir''.
E.Babayev noyabrın 21-də BDU-nun yataqxanasında baş verən hadisə ilə bağlı yayıln məlumatlara da aydınlıq gətirib.
O bildirib ki, zəhərlənmə hadisəsinin universitetdə tələbələrin qidalanması üçün verilən kartla, universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur: ''Birmənalı olaraq bunu inkar edirəm. Istintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir. Məhsulları da keyfiyyətlidir. Bunları bi bağlamaq qəzərli xarakter daşıyır. Tələbələrlə görüşlərdə yeməklərinə diqqət etmələrini deyirik''./report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?