GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hüseyn Abdullayev məhkəməsində şer dedi: "Yalançının metal girsin gözünə..."

Hüseyn Abdullayev məhkəməsində şer dedi: "Yalançının metal girsin gözünə..."

Tarix: 5-12-2019, 12:53 Bölmə :Cəmiyyət Baxış: 330
Hüseyn Abdullayev məhkəməsində şer dedi: "Yalançının metal girsin gözünə..."


Keçmiş deputat Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edib

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev deyir ki, onun haqqında hökmdə Türkiyədə tutulub Azərbaycana təhvil verildiyini göstərməyiblər. Bakı Hərbi Məhkəməsinin hökmündə yazılanlardan belə çıxır ki, onu Bakıda hava limanında saxlayıblar. Bakı Apelyasiya Məhkəməsində H.Abdullayevin 6 il azadlıqdan məhrum edilməsi haqqında hökmdən verdiyi şikayətə baxılır. O, məhkəmədə çıxışında bildirib ki, haqqındakı hökm əsassızdır, heç bir sübuta söykənmir. Onun sözlərinə görə, 6 il azadlıqdan məhrum edilməsi siyasi sifariş idi:
"Mən onlardan çox yox, heç olmasa, bircə dənə sübut və konkret bir dəlil göstərmələrini xahiş edirdim. Onlar isə çox aciz, heç bir xəcalət və utanc hissini keçirməyən baxışları ilə suallardan qaçırdılar. Bir vəzifə o qədərmi şirin oldu, həqiqəti, haqq sözünü görməz olduz. Göz önündə olanları bilməz oldunuz?" H.Abdullayev deyir ki, "məni Türkiyədə quldurcasına, İnterpolun axtarış qərarı olmadan tutublar".
Onun sözlərinə görə, Bakı Hərbi Məhkəməsi hökmdə 22 aprel 2018-ci ildə tutulub, Hava Nəqliyyatında polis idarəsinə təhvil verildiyini yazıb: "Lakin bir kəlmə də qeyd edilməyib ki, Hüseyn Abdullayev 21 aprel 2018-ci ildə Türkiyənin Terrorla Mübarizə Şöbəsinin 15 nəfər əməkdaşı tərəfindən, İstanbulun mərkəzində qanunsuz saxlanılıb, faktiki oğurlanıb. Bir gün sonra bütün beynəlxalq hüquq və prinsiplərə zidd olaraq, İstanbulda hava limanında Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib, zorakılıqla təyyarəyə oturdularaq, 22 aprel 2018-ci ildə Bakıya gətirilib".
Almaniyadan rəsmi siyasi mühacir statusu aldığını, bu ölkənin pasportunu daşıdığını vurğulayan H.Abdullayevin fikrincə, hökmü yazanlar da bunu bildiyi üçün faktları təhrif ediblər. O, məhkəmədən Almaniyanın Azərbaycandakı səfirliyinə də müraciət edib: "İnsan haqlarına böyük önəm verən Almaniya mənim ikinci vətənimdir. Buradan Almaniya səfirliyinin nümayəndələrinə bildirirəm ki, həyatım və səhhətim təhlükə altındadır. Xahiş edirəm, mənim qanunsuz həbsimə, hər gün məruz qaldığım mənəvi və ağır psixoloji işgəncələrə biganə qalmayın. Hakimiyyətin əsas hədəflərindən biri mənim fiziki məhvimə nail olmaqdır".
H.Abdullayev ona qarşı irəli sürülmüş vergidən yayınma, dələduzluq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlar haqqında danışıb. Bildirib ki, ittihamları təsdiqləyən bir dənə də sübut yoxdur, hamısı cəfəngiyyatdır: "Hərdən çox fikirləşirəm, içim özümü yandırır. 12 ildir ki davam edən təqiblər nəyin qarşılığı və nəyin təşəkkürüdür? Mən ona görə mübarizə aparmışdım ki, kimlərinsə şəxsi marağına və çirkin intriqalarına qurban gedim? Mən ona görə dəfələrlə həyatımı riskə atmışdım ki, məni hər yoldan keçənin ayağına versinlər? Keçmişdəki xidmətlərimin əziyyəti, xoş niyyəti və əsas məqsədi bir olub - vətənimdə azad, demokratik və sözün əsl mənasında hüquqi bir sistemin qurulması, dövlətçiliyimizin möhkəmlənməsi. Heç kim düşünməsin ki, bugünkü əmin-amanlıq, çox böyük çətinliklərə əldə edilmiş sabitlik göydən düşüb. Bu yolda öz cavanlığını və ən gözəl illərini qurban verən var".
H.Abdullayev ittihamda yer alan metal alveri haqda da danışıb. Bildirib ki, 1990-cı illərdə Azərbaycanda yox, Ukraynada metal biznesilə məşğul olub. 2000-ci ildən isə ümumiyyətlə, metal biznesi ilə məşqul olmayıb, Azərbaycanda heç vaxt kimsədən bir qram da metal alıb-satmayıb. O, metal alveri ittihamıyla əlaqədar yazdığı şeiri də məhkəmədə oxuyub:
Söz deyişi gəlib çıxıb indiyə
Aldanmayın şan-şöhrətə, kürsüyə.
Şər söyləyən əmindirsə özünə,
Yalançının metal girsin gözünə.
Yorulmuşam təkrar-təkrar deməyə
Burda nə var anlamağa, bilməyə?
Qoy dinməsin hörmət edən özünə
Yalançının metal girsin gözünə.
H.Abdullayev onunla birlikdə mühakimə olunan və Bakı Hərbi Məhkəməsinin hökmüylə cərimə cəzasına məhkum edilən anasının da günahsız olduğunu söyləyib. Onun sözlərinə görə, anasına 50 min dollar pul göndərməsi, onun həmin pulları ölkədən qanunsuz çıxmaq üçün sərhədçilərə verməsi barədə yazılanlar da yalandır. H.Abdullayev çıxışının sonunda ölkədə məhkəmə-hüquq sisteminin durumundan danışıb:
"Azərbaycandakı məhkəmələrə və hüquq sisteminə inanmaq səhranın ortasında su axtarmaq, yaxud da, alça gətirən ağacdan alma gözləmək kimi bir şeydir. Buna baxmayaraq, sizdən mənə bəraət verməyinizi xahiş edirəm. Bunu istəmək mənim hüququm və tam mübahisəsiz haqqımdır". Məhkəmə prosesi dekabrın 10-na qədər təxirə salınıb.
H.Abdullayev Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hüseyn Abdullayev həbs olundu və Azərbaycana gətirildi - YENİLƏNİB

    Hüseyn Abdullayev həbs olundu və Azərbaycana ...

    23-04-2018, 15:17

  • 
  • Hüseyn Abdullayevdən Milli Şuraya mesaj -"Xəcalət çəkirəm"

    Hüseyn Abdullayevdən Milli Şuraya mesaj ...

    10-07-2013, 04:45

  • 
  • Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina etdi

    Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən ...

    13-04-2019, 09:55

  • 
  • Hüseyn Abdullayevə 8 il həbs istənilir

    Hüseyn Abdullayevə 8 il həbs istənilir ...

    20-09-2019, 11:56

  • 
  • Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsə hökm oxunub

    Bakıda qardaşı arvadını qısqanclıq zəminində ...

    7-03-2019, 13:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu