Dekabrın 10-da paytaxtın Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarında baş vermiş yanğın nəticəsində 2 min kv. m. bazar ərazisi yanıb.
Gundemxeber.Az bildirir ki, qalan 3 min kv. m. ərazi yanğından mühafizə edilib.
İlkin məlumata görə, yanğın bazarda yerləşən kafel mağazasında elektrik kabellərində başlayıb.
Yanğının söndürülməsində 29 ədəd texnika və 150 nəfər yanğınsöndürən, habelə 16 ədəd texnika ilə 200 xilasedici, Mülki Müdafiə qoşunlarının 53 hərbiçisi, üç helikopter və bir təyyarə iştirak edib, deyə FHN-in məlumatında bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?