Milli Elmlər Akademiyasının elmi işçisi, ilahiyyatçı Əkrəm Həsənovun həyatı təhlükədədir.
Radikal cihadist fikirlərin təbliğatçısı Əlixan Musayev Əkrəm Həsənovu hədəf olub.
Belə ki, Əlixan Musayevin Suriyada gizli cihad fəvaları ifşa olunduqdan sonra uzun müddət susmuşdu. Bir müddət əvvəl isə Əlixan Musayevin səsi Türkiyədən gəlməyə başladı. Daha sonra isə o, Azərbaycana qayıtdı və burada yenə dindarlar arasında qarışıqlıq yaratmağa başlayıb. O radikal fikirləri və ekstirmizmi yaymaqla məşğuldur.
Son zamanlar Əlixan Musayev və tərəfdarları ilahiyyatçı Əkrəm Həsənovu hədəf alıb. Buna səbəb kimi isə Əkrəm Həsənovun radikal dini fikirlərlə mübarizə aparması əsas gətirilir. Sosial şəbəkə vasitəsi ilə Əlixan Musayevin tərəfdarları Əkrəm Həsənovu hədələməyə başlayıblar.
Bu barədə Əkrəm Həsənov özü də sosial şəbəkədə məlumat verib. O, hüquq mühafizə orqanlarını da bu məsələyə diqqət ayırmağa səsləyib./azfakt
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?