Məşhur balabançı mərhum Əliməmməd Əmrahovun nəvəsi Türkiyədə faciəli şəkildə dünyasını dəyişib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci ildə anadan olmuş İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib. İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi idi, anestezioloq ixtisası üzrə təhsil alırdı. Faciəli şəkildə həlak olmuş azərbaycanlı tələbənin cənazəsinin atasının müşayəti ilə artıq Bakıya gətirilib.Bu gün yaşadıqları Salyan rayonunda torpağa tapşırılacaq.
* * *00:53
Azərbaycanlı tələbə Türkiyədə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Azərbaycan vətəndaşı, 1998-ci il təvəllüdlü İsmayıl Əmrahov binadan yıxılaraq ağır xəsarət alıb. İ.Əmrahov xəstəxanada koma vəziyyətində olub və dekabrın 14-də dünyasını dəyişib.
Məlumata görə, mərhum Türkiyənin Çanaqqala şəhərində ali tibb təhsili alırmış.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?