GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənistan hakimiyyətinin qeyri-peşəkarlığı Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ermənistan hakimiyyətinin qeyri-peşəkarlığı Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Tarix: 17-12-2019, 10:30 Bölmə :Cəmiyyət Baxış: 260
Ermənistan hakimiyyətinin qeyri-peşəkarlığı Azərbaycanın mövqeyini möhkəmləndirəcək


Ermənistanda son vaxtlar sosial şəbəkələrdə hakimiyyət tərəfdarlarının və müxalifətin Qarabağda “torpaqları təslim etməyə” hazırlaşdıqları barədə qarşılıqlı ittihamları güclənib. Bəziləri buna görə baş nazir Nikol Paşinyanı, digərləri isə keçmiş prezident Serj Sarkisyanı günahlandırırlar.

Gundemxeber.Az bildirir ki, politoloq Ervand Bozoyan “Sputnik Ermənistan”a deyib: "Qarabağ məsələsində heç bir əhəmiyyətli şey baş vermədi. Müxalifət hakimiyyəti "torpağı verməkdə" ittiham edirdi və əksinə, hakimiyyət dəyişikliyindən sonra əvvəlkilər bunda yeni rəhbərliyi günahlandırırlar. Bu, Qarabağın hesabına xal qazanmağa çalışdıqları köhnə erməni uşaq oyununu xatırladır”.

Politoloqun fikrincə, Ermənistanda insanların çoxu bu oyunun inersiya ilə davam etdiyini və reallıqla heç bir əlaqəsinin olmadığını başa düşür.

"Hər kəs, o cümlədən vasitəçilər başa düşürlər ki, bu mərhələdə ortaq məxrəc tapmaq, demək olar ki, mümkün deyil",-deyə E.Bozoyan vurğulayıb. Nə qalır? Danışıq üçün danışıq aparmaq? İstənilən müharibə mövcud “soyuq” sülhdən daha pisdir. İkincisi, tərəflərin gələcəkdə bu və ya digər qərara nə dərəcədə hazır olduqlarını tədqiq etmək. Həmsədrləri maraqlandıran məhz budur.

“Sputnik Ermənistan”ın yazdığı kimi, Ermənistanın yeni hakimiyyəti sıfırdan başlayacaqlarını, cəmiyyətin gözündə xal qazanmağa çalışdıqlarını söyləyirsə, bu müəyyən bir təhlükə yaradır. "Aydındır ki, bu, torpağın verilməsi ilə əlaqəli deyil. Tərəflər güzəştə getməyəcəklər, ancaq onlar beynəlxalq aləmdə mövqe üstünlüyü əldə etməyə çalışırlar",- deyə E.Bozoyan bildirib.

Ermənistanın yeni hakimiyyətinin həyata keçirilməyən və uzağı görməyən bəyanatları (Xankəndinin danışıqlar masasına qayıtması, “Artsax-bu, Ermənistandır”) daxildə müsbət qarşılandı, ancaq xarici aləmdə dağıdıcı təsir bağışladı. Daha sonra Paşinyan bildirdi ki, həll yolu Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. Bu cür uyğunsuzluq təkcə baş nazirin özünə deyil, bütövlükdə Ermənistana olan münasibətə təsir göstərir.

Politoloqun sözlərinə görə, Azərbaycan Qarabağın Azərbaycan icmasını yenidən hərəkətə gətirməyə çalışır: "Ermənistan hakimiyyəti, əlbəttə ki, bunu istəmir. Ancaq peşəkar olmayan hərəkətlər və bəyanatlar buna aparır. Gələcəkdə yeni belə, bir-birinə zidd bəyanatların ortaya çıxması Azərbaycanın mövqeyini gücləndirəcək... Və ya Bakı tərəfindən blitskriq cəhdi halında ona mümkün xarici təzyiqi azalda bilər".

Erməni politoloq hesab edir ki, mövcud hakimiyyəti torpaqların təslim edilməsində günahlandıranların hamısı "sıravi populistlər"dir. Ümumiyyətlə isə, Ermənistan hakimiyyətinin və müxalifətinin bu mövzuda siyasi möhtəkirlikləri bütün Ermənistana ziyan vurur.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Bu gərginlik onunla bağlıdır ki, Paşinyan Qarabağa öz adamını rəhbər qoymaq istəyir...” - BELƏ GETSƏ NƏTİCƏLƏR ACINACAQLI OLACAQ?

    “Bu gərginlik onunla bağlıdır ki, Paşinyan ...

    10-06-2019, 11:48

  • 
  • Erməni KİV-ləri: Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub

    Erməni KİV-ləri: Ermənistanda 20 illik hakimiyyət ...

    28-07-2018, 13:49

  • 
  • "Moskva Paşinyanı cəzalandıracaq" - Erməni politoloq

    "Moskva Paşinyanı cəzalandıracaq" - ...

    2-08-2018, 11:49

  • 
  • Serj Sarkisyan Qarabağ üzrə xüsusi nümayəndə olacaq

    Serj Sarkisyan Qarabağ üzrə xüsusi nümayəndə ...

    27-06-2018, 15:58

  • 
  • Paşinyan Qarabağ rejiminə sərt irad bildirdi

    Paşinyan Qarabağ rejiminə sərt irad bildirdi ...

    29-11-2018, 18:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (300)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu