Dekabrın 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin fəalı Kənan Əzizli yerli məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada azadlıqdan məhrum edilib. Bu barədə AXCP məlumat yayıb.
Məlumatda deyilir ki, Kənan Əzizlini dekabrın 21-də qaldığı evdən zorla Sumqayıt şəhər Polis İdarəsinə aparıb. O, gecə polisdə saxlanılıb. Bu gün məhkəmə fəal bartədə polisə müqavimət ittihamı ilə inzibati həbs qərarı verib.
Rəsmi qurumlar fəalın həbsi ilə bağlı hələ məlumat yaymayıb.
Milli Şuranın oktyabrın 19-da mitinqə cəhdi ərəfəsində və cəhddən sonra çox sayda insan saxlanılıb. Onlardan otuz səkkiz AXCP fəalı 5 sutkadan 60 sutkayadək inzibati həbsə, Paşa Umudov isə cinayət məsuliyyətinə cəlb edilib. Müxlaif fəalların inzibati həbsləri hələ də davam edir.
Sorğu
Yeni dizaynımız necədir?